Əsas səhifəÖlkəBaş DYP İdarəsinin motokuryerlər arasında apardığı maarifləndirmə işi geniş vüsət alır!
PAYLAŞ

Baş DYP İdarəsinin motokuryerlər arasında apardığı maarifləndirmə işi geniş vüsət alır!

Ölkə 21.07.2025 17:20 93

Motokuryerlərlə aparılan maarifləndirmə işləri çərçivəsində növbəti tədbir Ekoloji Nəzarət üzrə YPX Bölüyündə keçirilib. Profilaktika məqsədilə postda saxlanılan moped və motosiklet sürücülərinə hüquq və vəzifələri izah edilib, ikitəkərli nəqliyyat vasitələrinin iştirakı ilə baş verən qəzaların əksər hallarda ağır nəticələr doğurduğu bir daha onların diqqətinə çatdırılıb.

Qaydalara qeyd-şərtsiz əməl edilməsinin vacibliyi aparılan söhbətlərin əsas leytmotivini təşkil edib. Belə ki, piyada səkilərində hərəkətin qadağan olması, sürət həddinə, manevretmə qaydalarına və nizamlama vasitələrinin tələblərinə ciddi əməl edilməsi, sərnişin və yük daşımalara dair tələblərin pozulmaması, motoşilem və digər qoruyucu vasitələrdən istifadənin əhəmiyyəti, tələb olunduğu halda ikitəkərli nəqliyyat vasitələrinin hüquqsuz və dövlət nömrə nişansız idarə etməsinin yolverilməz olması və sair bu qəbildən olan məsələlər barədə motokuryerlərə geniş məlumat verilib.

Baş Dövlət Yol Polisi İdarəsi motokuryerlər arasında maarifləndirmə xarakterli tədbirlərin davamlı olaraq keçiriləcəyini bildirir və hər bir hərəkət iştirakçısını yolda təhlükəsizlik naminə birgə iştirakçılığa çağırır!

Məlumatı AvtoYol.az dyp.gov.az-a istinadən təqdim etdi.


MƏNBƏ: dyp.gov.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020