Əsas səhifəÖlkəBaş Dövlət Yol Polisi İdarəsinin yükdaşıma fəaliyyəti göstərən sürücülərə müraciəti!
PAYLAŞ

Baş Dövlət Yol Polisi İdarəsinin yükdaşıma fəaliyyəti göstərən sürücülərə müraciəti!

Ölkə 23.07.2025 15:35 79

Son günlər yük avtomobillərinin iştirakı ilə baş verən aşma, toqquşma, maneəvurma hadisələrinə tez-tez rast gəlinir.

Ağır fəsadlarla müşayət olunan bu növ qəzalar əsasən avtomobilin istirahət rejiminə əməl olunmadan yorğun, yuxusuz, eləcə də nasaz halda idarə edilməsi, yükün düzgün qablaşdırılmaması, sürət həddinin aşılması, kəskin manevr etmə, hərəkət zamanı diqqəti yayındıran hərəkətlərə aludəçilik kimi məsuliyyətsiz davranışlardan qaynaqlanır.

Baş Dövlət Yol Polisi İdarəsi hazırda mövsüm üçün xarakterik olan isti hava şəraitinin yol hərəkəti zamanı əlavə çətinliklər yaratdığını da nəzərə alaraq, bir daha sürücülərə, yük daşıma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərə müraciət edərək onları əvvəllər yaşanmış acı təcrübələrdən düzgün nəticə çıxarmağa, yuxarıda sadlanan və hər biri insan həyatı üçün təhlükə yaradan qayda pozuntularından çəkinməyə çağırır.

Unutmayaq ki, sükan arxasında məsuliyyətsizlik təkcə sürücünün özü üçün yox, həm də onun doğmaları və bütünlükdə cəmiyyət üçün ağır nəticələr yarada bilər!

Məlumatı AvtoYol.az dyp.gov.az-a istinadən təqdim etdi.


MƏNBƏ: dyp.gov.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020