Əsas səhifəÖlkə“Humanizm" düşərgəsində yol hərəkəti təhlükəsizliyinə həsr olunmuş görüş keçirilib
PAYLAŞ

“Humanizm" düşərgəsində yol hərəkəti təhlükəsizliyinə həsr olunmuş görüş keçirilib

Ölkə 28.07.2025 18:05 79

Azərbaycan Gənclər Fondu və “Cavan Gənclər Hərəkatı” İctimai Birliyinin “YayFest” çərçivəsində Şamaxı rayonunda təşkil etdiyi “Humanizm” düşərgəsində yol hərəkəti təhlükəsizliyinə həsr olunan görüş keçirilib.

Panel müzakirəyə dəvət olunan DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı Mübariz Ağayev moped, eləcə də skuter tipli kiçik elektrik nəqliyyat vasitələrindən istifadəyə dair tələblər, gənclərin yol hərəkəti zamanı üzləşdikləri risklərin azaldılması və bu sahədə həyata keçirilən maarifləndirmə, təbliğat-təşviqat işləri barədə iştirakçılara məlumat verib.

Müzakirələrdə yol hərəkəti təhlükəsizliyinin təbliğində gənclərin mühüm rol oynaması xüsusi vurğulanıb.

Diskusiya şəraitində keçən görüşdə iştirakçıların sualları cavablandırılıb, təkliflər dinlənilib.

Məlumatı AvtoYol.az dyp.gov.az-a istinadən təqdim etdi.


MƏNBƏ: dyp.gov.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020