Əsas səhifəÖlkəAvtomobilin nömrə nişanını gizlətmək məsuliyyətdən yayınmaq deyil, təhlükəyə yol açmaqdır. BDYPİ-dən sürücülərə çağırış!
PAYLAŞ

Avtomobilin nömrə nişanını gizlətmək məsuliyyətdən yayınmaq deyil, təhlükəyə yol açmaqdır. BDYPİ-dən sürücülərə çağırış!

Ölkə 07.08.2025 10:50 4

Son zamanlar Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən aparılan müşahidələr zamanı xüsusilə magistral yollarda və hərəkət intensivliyi yüksək olan ərazilərdə bəzi sürücülərin nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarını örtüklə, parça və ya digər vasitələrlə gizlətməsi hallarına daha tez-tez rast gəlinir.

Bu cür halların əsas məqsədi sürücülərin radar və digər texniki nəzarət vasitələrindən yayınması, törədilən qayda pozuntularını qeydə alınmaz vəziyyətə gətirməyə çalışmasıdır. Lakin unutmaq olmaz ki, bu cür davranış yalnız inzibati hüquq pozuntusu deyil, həm də cəmiyyətin təhlükəsizliyinə qarşı yönəlmiş məsuliyyətsiz bir addımdır.

Yol hərəkətində şəffaflıq və təhlükəsizlik prinsiplərinə ciddi zərbə vuran bu cür hallara qarşı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəzarət tədbirləri gücləndirilmiş, xüsusi texniki vasitələrin köməyi ilə qeydiyyat nişanlarını qəsdən gizlədən sürücülərin müəyyən edilərək məsuliyyətə cəlb olunması təmin edilir.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha yol sürücüləri qanunlara əməl etməyə, nəqliyyat vasitələrinin qeydiyyat nişanlarının üzərinə müdaxilə etməməyə çağırır.

Unutma! Qanuna hörmət – təhlükəsizliyə və cəmiyyətə hörmətdir.

Məlumatı AvtoYol.az dyp.gov.az-a istinadən təqdim etdi.


MƏNBƏ: dyp.gov.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020