Əsas səhifəÖlkəSərxoş vəziyyətdə avtobus idarə edən sürücü həbs edildi
PAYLAŞ

Sərxoş vəziyyətdə avtobus idarə edən sürücü həbs edildi

Ölkə 09.08.2025 14:50 11

8 avqust 2025-ci il tarixdə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən Ekoloji nəzarət postunda “Hyundai” markalı, 48-AC-144 dövlət qeydiyyat nişanlı avtobus nəzarət qaydasında saxlanılıb.

Yoxlama zamanı nəqliyyat vasitəsini idarə edən Abşeron rayon sakini İsrafil Quliyevin alkoqollu içki qəbul etməsinə əsaslı şübhələr yarandığından onun tibbi müayinədən keçirilməsi təmin olunub. Müayinə nəticəsində sürücünün sərxoş vəziyyətdə olduğu təsdiqlənib.

Sürücü barəsində müvafiq sənədləşmə aparılaraq toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə  İ.Quliyevin sürücülük hüququ məhdudlaşdırılmaqla o, 15 sutka müddətində inzibati qaydada həbs edilib.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha xəbərdarlıq edir: Sərnişindaşıma fəaliyyəti ilə məşğul olan hər bir sürücü həyatlarını onlara etibar etmiş insanlar qarşısında birbaşa məsuliyyət daşıyırlar. Bu sahədə çalışan şəxslər yol hərəkəti zamanı daim diqqətli, ayıq və məsuliyyətli olmalıdırlar. Sərxoş, yorğun, yuxusuz və ya səhhətində problem olduğu halda nəqliyyat vasitəsini idarə etmək daşınan sərnişinlərin həyatını qəsdən təhlükəyə atmaq deməkdir. Əmanət edilmiş həyatı qorumaq hər bir sürücünün borcudur.

Məlumatı AvtoYol.az dyp.gov.az-a istinadən təqdim etdi.


MƏNBƏ: dyp.gov.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020