Əsas səhifəNəqliyyat“Biletim.az” portalı üzərindən onlayn bilet satışı 43,6% artıb » Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi
PAYLAŞ

“Biletim.az” portalı üzərindən onlayn bilet satışı 43,6% artıb » Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

Nəqliyyat 06 Noyabr 2025 12

Bu ilin yanvar-oktyabr aylarında “biletim.az” portalı vasitəsilə onlayn qaydada 654 278 bilet əldə edilib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 43,6% artıb.

 

2024-cü ilin 10 ayı ərzində qabaqcadan satış üzrə biletlərin xüsusi çəkisi 22% idisə, cari ilin müvafiq dövründə bu rəqəm 33%-ə yüksəlib.

 

Bu artım sərnişinlərin avtovağzal xidmətlərinə etimadının artdığını və səfərlərini planlaşdırarkən onlayn bilet alışı imkanlarından daha fəal şəkildə istifadə etdiklərini göstərir.

 

Qeyd edək ki, “biletim.az” portalında 56 şəhər və rayona, 86 istiqamət üzrə bilet almaq mümkündür. Sistemə 346 reys olmaqla 394 nəqliyyat vasitəsi qoşulub. Onlayn bilet satışı sistemi mərhələli şəkildə sərnişindaşıma sahəsində xidmət göstərən bütün daşıyıcı və avtovağzalları əhatə edəcək.

 

Vətəndaşlara daha rahat və təhlükəsiz qaydada mənzil başına çatmaq üçün biletləri onlayn qaydada “biletim.az” portalı vasitəsilə əldə etmələri tövsiyə olunur.

 

Məlumatı AvtoYol.az ayna.gov.az-a istinadən təqdim etdi.


MƏNBƏ: ayna.gov.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020