Yenilənmə işləri:
Neftçilər prospektində üfüqi nişanlanma xətləri silinib
Üzeyir Hacıbəyli və Xaqani küçələrində üfüqi nişanlanma xətti təşkil edilib
Moskva prospekti ilə Müzəffər Həsənov küçəsinin kəsişməsində “1.25” üfüqi nişanlanma xətti çəkilib
Həzi Aslanov və Ramiz Qəmbərov küçələrində yeni təşkil edilmiş piyada keçidində piyada zolaqları çəkilib
Məhəmməd Naxçıvani küçəsində 3, Bəhruz Nuriyev, Elşən Süleymanov, Əmir Bağırov və Axund Mirzə Əbdülkərim küçələrində 1, Qulu Quliyev küçəsində 10 piyada keçidi yenilənib
Hüseyn Cavid və Ziya Bünyadov prospektlərində üfüqi nişanlanma xətləri yenilənib
İnşaatçılar prospektində üfüqi nişanlanma xətləri silinib
20 Yanvar dairəsində “1.25” üfüqi nişanlanma xətti təşkil edilib
Ziya Yusifzadə küçəsində 3, Azadlıq prospekti ilə Mikayıl Rəfili küçəsinin kəsişməsində 2, həmçinin Səməd Vurğun və Üzeyir Hacıbəyli küçələrinin kəsişməsində, Emin Bağırov, Asəf Zeynallı, Şamil Əzizbəyov, 28 May küçələrində, Lökbatan yolunda və Azadlıq prospekti ilə Sahib Zeynalov küçəsinin kəsişməsində piyada keçidi yenilənib
İctimai nəqliyyat infrastrukturu:
Qara Qarayev prospektində, Yavər Əliyev, Nəsirəddin Tusi, 10 May və Dərbəndqala küçələrində dayanacaq pavilyonu quraşdırılıb
Bəkir Çobanzadə, İnqilab İsmayılov, Tofiq Tağızadə küçələrində, eləcə də Avtovağzal ərazisində və Zabrat-Balaxanı yolunda dayanacaq pavilyonu quraşdırılıb
Mikromobillik:
Yusif Səfərov küçəsində 20 ədəd təhlükəsizlik səddi quraşdırılıb
Xaqani küçəsində mikromobillik yollarının digər yollarla kəsişmələrində üfüqi nişanlanma xətti və velokeçidlər təşkil edilib
Parklanma:
Dadaş Bünyadzadə küçəsində 24 ədəd parklanma məntəqəsində yol nişanı quraşdırılıb
Əcəmi Naxçıvani küçəsində 33, Azad Hümbətov küçəsində 47 yerlik parklanma məntəqəsində üfüqi nişanlanma xətləri yenilənib
Nəcəf Nərimanov küçəsində 17 yerlik parklanma məntəqəsinin təşkili üçün üfüqi nişanlanma xətti çəkilib
Əbdürrəhim bəy Haqverdiyev küçəsində 2, Nəsib bəy Yusifbəyli küçəsində 1, Babək prospektində 2 ədəd “3.27” yol nişanı quraşdırılıb
Uluxanlı küçəsində 5, Füzuli küçəsində 8 parklanma məntəqəsində yol nişanı quraşdırılıb
Nəcəf Nərimanov küçəsində 18 yerlik parklanma məntəqəsinin təşkili üçün üfüqi nişanlanma xətti çəkilib
Xaqani küçəsində 14, Rəşid Behbudov küçəsində 13, Əcəmi Naxçıvani küçəsində 42, Əhməd Rəcəbli küçəsində 14, Azad Hümbətov küçəsində 31 parklanma məntəqəsində üfüqi nişanlanma xətləri yenilənib
Yol nişanları:
Əbdürrəhim bəy Haqverdiyev küçəsində 7 ədəd yol nişanı quraşdırılıb
Babək prospektində 27 ədəd yeni yol nişanı quraşdırılıb
İnfrastruktur layihələri:
Moskva prospektində layihəyə uyğun olaraq infrastruktur işlərinin icrasına başlanılıb
Məlumatı AvtoYol.az ayna.gov.az-a istinadən təqdim etdi.
Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir. Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...
ƏTRAFLI
Rəylər