Əsas səhifəNəqliyyatBərdədə taksi sürücüləri üçün təlim keçirilib » Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi
PAYLAŞ

Bərdədə taksi sürücüləri üçün təlim keçirilib » Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

Nəqliyyat 20 Noyabr 2025 42

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Bərdə şəhərində taksi sürücüləri üçün təlimlər keçirilib. Noyabrın 17-dən 20-dək təşkil olunan təlimlərə 50 sürücü cəlb olunub.


Xüsusi hazırlıq proqramına taksi ilə sərnişindaşıma qaydaları, hərəkətin təhlükəsizliyinin təmin edilməsi, nəqliyyat vasitələri və sürücülərə dair tələblər, etik davranış qaydaları, eləcə də ilk tibbi yardımın göstərilməsi kimi mövzular daxil edilib.


Taksi fəaliyyəti üçün şəhadətnamə əldə etmək istəyən sürücülər müvafiq təlimləri tamamlamalı və imtahan verməlidirlər. Təlim mərhələsi bitdikdən sonra sürücülərin məlumatları Dövlət İmtahan Mərkəzinə təqdim olunacaq və namizədlər imtahandan uğur qazanaraq şəhadətnamə əldə edə biləcəklər.


Qeyd edək ki, təlimlər “Taksi minik avtomobillərinin sürücüləri üçün etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlıq keçmələri üzrə” proqrama əsasən təşkil olunur.

Məlumatı AvtoYol.az ayna.gov.az-a istinadən təqdim etdi.


MƏNBƏ: ayna.gov.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020