Yol hərəkəti təhlükəsizliyi səviyyəsinin artırılması məqsədilə Bakı Dairəvi-1 avtomobil yolunda sürət həddi endirilib.
“Şamaxinka” adlanan yol sahəsindən Lökbatan dairəsinədək olan hissənin 14 km-lik kəsiyində sürət həddi 100 km/saatdan 90 km/saata endirilib.
Qeyd olunan yol sahəsində müvafiq yol nişanları quraşdırılıb.
Sürücülərdən hərəkət təhlükəsizliyini qorumaq üçün sürət hədlərinə riayət etmələri xahiş olunur.
Məlumatı AvtoYol.az ayna.gov.az-a istinadən təqdim etdi.
Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir. Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...
ƏTRAFLI
Rəylər