Əsas səhifəNəqliyyatAbbasqulu ağa Bakıxanov küçəsində yol hərəkətinin təşkilində dəyişiklik ediləcək » Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi
PAYLAŞ

Abbasqulu ağa Bakıxanov küçəsində yol hərəkətinin təşkilində dəyişiklik ediləcək » Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

Nəqliyyat 26 Noyabr 2025 207

Nəqliyyatın idarə edilməsinin təkmilləşdirilməsi işləri çərçivəsində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən paytaxtın  Abbasqulu ağa Bakıxanov küçəsində hərəkətin yenidən təşkili ilə bağlı layihə həyata keçiriləcək.


Bu küçədə darboğaz effekti nəqliyyat şəraitini çətinləşdirir. Belə ki, Abbasqulu ağa Bakıxanov küçəsi ilə Rəşid Behbudov küçəsi istiqamətində nəqliyyat vasitələrinin düzünə hərəkəti zamanı nəqliyyat axınları 3 hərəkət zolağından 2 hərəkət zolağına keçmək məcburiyyətində qalır. Bu da yolun buraxıcılıq qabiliyyətini aşağı salır və sıxlığa səbəb olur.  


Nəqliyyat vasitələrinin axıcılığının təmin edilməsi məqsədilə burada yeni layihə icra olunacaq.


Abbasqulu ağa Bakıxanov küçəsində zolaqların silinərək yenidən təşkil edilməsi ilə Səməd Vurğun küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər hərəkət zolaqlarının sayı 2-dən 3-ə çatdırılacaq. Əks istiqamətdə isə zolaqların sayı eyni saxlanılacaq.


Dəyişiklikdən sonra darboğaz effekti aradan qaldırılacaq, nəqliyyat vasitələrinin hərəkəti daha da asanlaşacaq.


Tətbiq ediləcək dəyişiklik barədə videoçarxda tanış ola bilərsiniz:

https://www.youtube.com/watch?v=A5fMw92rMDs

Məlumatı AvtoYol.az ayna.gov.az-a istinadən təqdim etdi.


MƏNBƏ: ayna.gov.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020