Əsas səhifəNəqliyyatAli təhsil müəssisələrində mikromobilliklə bağlı geniş kampaniya aparılıb » Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi
PAYLAŞ

Ali təhsil müəssisələrində mikromobilliklə bağlı geniş kampaniya aparılıb » Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

Nəqliyyat 25 Noyabr 2025 107

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) təşkilatçılığı ilə “Universitetlərdə mikromobillik infosessiyaları” layihəsi çərçivəsində bu il paytaxtın 10 ali təhsil müəssisəsində maarifləndirici sessiyalar həyata keçirilib.


Layihənin əsas məqsədi tələbələr arasında mikromobillik mədəniyyətinin formalaşdırılması, təhlükəsiz hərəkət vərdişlərinin gücləndirilməsi və mövcud infrastruktur barədə fikir mübadiləsinin aparılmasıdır.


Sessiyalarda 3000-dən çox tələbə iştirak edib. Bununla yanaşı, tərəfdaş APAR şirkəti tərəfindən təşkil edilən praktiki velosiped təlimlərinə 500-ə yaxın iştirakçı cəlb olunub. Təlimlər tələbələrin skuter və velosipedlərdən daha təhlükəsiz və düzgün istifadə bacarıqlarının artırılmasına xidmət edib.


İnfosessiyalarda iştirak edən tələbələr arasında aparılan sorğu mikromobillik vasitələrindən istifadəyə marağın artdığını göstərib. Sorğunun nəticələrinə əsasən, tələbələrin üçdə biri mikromobillik vasitələrindən istifadə edir. Ən çox üstünlük verdikləri vasitə skuterdir. İstifadə etməyənlər isə əsas səbəb kimi infrastrukturun kifayət etməməsi və təhlükəsizlik risklərini qeyd ediblər. Respondentlər zolaqların yaradılmasını və maarifləndirmənin artırılmasını təklif ediblər.


Qeyd edək ki, toplanan məlumatlar tələbələr arasında mikromobillik davranışını, hazırkı çətinlikləri və gələcək gözləntiləri daha aydın şəkildə göstərir. Bu nəticələr həm universitet mühitində, həm də şəhər səviyyəsində planlaşdırılacaq yeni infrastruktur layihələri üçün dəyərli baza rolunu oynayır.


AYNA-nın həyata keçirdiyi bu layihə tələbəyönümlü, təhlükəsiz və davamlı nəqliyyat modelinin qurulmasına mühüm töhfə verir və mikromobillik ekosisteminin inkişafına yeni impuls daşıyır.

Məlumatı AvtoYol.az ayna.gov.az-a istinadən təqdim etdi.


MƏNBƏ: ayna.gov.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020