Əsas səhifəNəqliyyat31 nömrəli marşrutda istismar olunan bütün avtobuslar yenilənir » Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi
PAYLAŞ

31 nömrəli marşrutda istismar olunan bütün avtobuslar yenilənir » Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

Nəqliyyat 01 Dekabr 2025 62

Paytaxtın Badamdar qəsəbəsini Əhməd Cavad (Nizami Bağı) küçəsi ilə əlaqələndirən 31 nömrəli marşrutda istismar olunan bütün avtobuslar yenilənir.


AYNA tərəfindən daşıyıcıya avtobus parkının yenilənməsi ilə bağlı verilən tapşırığa əsasən, marşrut üzrə fəaliyyət göstərən avtobusların mərhələli qaydada müasir nəqliyyat vasitələri ilə əvəzlənməsi həyata keçirilib.


Belə ki, 4 komfortlu və irututumlu avtobusa daha 6-sı əlavə olunaraq xətt üzrə 10 müasir 2025-ci il Çin istehsalı olan “Yutong” markalı avtobus sərnişinlərə xidmət göstərəcək. 


Dekabrın 2-dən fəaliyyətə başlayacaq avtobuslar ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunub. Avtobuslarda gedişhaqqı 0.60 AZN təşkil edəcək, ödənişlər nağdsız qaydada həyata keçiriləcək.


Qeyd edək ki, vətəndaşların rahatlığı, onlara keyfiyyətli və təhlükəsiz sərnişindaşıma xidmətlərinin göstərilməsi məqsədi ilə avtobus parkının yenilənməsi AYNA tərəfindən diqqətdə saxlanılır.

Məlumatı AvtoYol.az ayna.gov.az-a istinadən təqdim etdi.


MƏNBƏ: ayna.gov.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020