Əsas səhifəNəqliyyatAvtobus idarə edəcək qadın sürücülər üçün təlimlər davam edir » Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi
PAYLAŞ

Avtobus idarə edəcək qadın sürücülər üçün təlimlər davam edir » Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

Nəqliyyat 11 Dekabr 2025 129

Avtobus idarə edəcək qadın sürücülər üçün təlimlər davam edir 

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) qadın sürücülərin peşəkar bacarıqlarını artırmaq, onların ictimai nəqliyyat sektorunda aktiv iştirakını və məşğulluğunu təmin etmək məqsədilə paytaxtda avtobus idarəetmə təlimlərini davam etdirir. Proqram çərçivəsində namizədlər avtobus sürücüsü kimi peşəkar fəaliyyətə başlamaq üçün nəzəri və praktiki cəhətdən hazırlıq keçirlər.

Təlimdə “D”, “B” və ya “C” (“C1”) kateqoriyalı sürücülük vəsiqəsinə malik, 60 yaşadək qadınlar iştirak edə bilərlər.  Yalnız “B” və ya “C” (“C1”) və yaxud “BC” kateqoriyasına malik olan xanım sürücülərin ən azı 5 il sürücülük təcrübəsi olmalıdır. 

Təlimi uğurla başa vuran “D” kateqoriyasına malik iştirakçılara marşrut avtobuslarında işlə təmin olunmaqda dəstək göstəriləcək.

Hazırda AYNA-nın Təlim-Tədris Mərkəzində 8 xanım avtobus idarəetmə təlimində iştirak edir.  

Təlimlərin sonunda iştirakçılar xüsusi hazırlanmış marşrutlar üzrə sərbəst idarəetmə sınaqlarından keçirlər. Bu mərhələdə onların həm nəzəri bilikləri, həm də praktiki bacarıqları kompleks şəkildə qiymətləndirilir.

Məlumatı AvtoYol.az ayna.gov.az-a istinadən təqdim etdi.


MƏNBƏ: ayna.gov.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020