Əsas səhifəNəqliyyat“Biletim.az” portalı üzərindən onlayn bilet satışı 1.8 dəfə artıb » Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi
PAYLAŞ

“Biletim.az” portalı üzərindən onlayn bilet satışı 1.8 dəfə artıb » Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

Nəqliyyat 11 Dekabr 2025 55

Bu ilin yanvar-noyabr aylarında “biletim.az” portalı vasitəsilə onlayn qaydada 739 433 bilet əldə edilib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 1.8 dəfə artıb.

Onlayn bilet alışının ümumi bilet satışında xüsusi çəkisi 11 ayın nəticəsi üzrə 29,2%, o cümlədən noyabr ayında  38,1% təşkil edib.

2024-cü ilin 11 ayı ərzində qabaqcadan satış üzrə biletlərin xüsusi çəkisi 21.3 %  idisə, cari ilin müvafiq dövründə bu rəqəm 37.3 %-ə  yüksəlib.

Bu artım sərnişinlərin avtovağzal xidmətlərinə etimadının artdığını və səfərlərini planlaşdırarkən onlayn bilet alışı imkanlarından daha fəal şəkildə istifadə etdiklərini göstərir.

Qeyd edək ki, “biletim.az” portalında 56 məntəqə, 86 istiqamət üzrə bilet almaq mümkündür. Sistemə 347 reys olmaqla 395 nəqliyyat vasitəsi qoşulub. Onlayn bilet satışı sistemi mərhələli şəkildə sərnişindaşıma sahəsində xidmət göstərən bütün daşıyıcı və avtovağzalları əhatə edəcək.

Vətəndaşlara daha rahat və təhlükəsiz qaydada mənzil başına çatmaq üçün biletləri onlayn qaydada “biletim.az” portalı vasitəsilə əldə etmələri tövsiyə olunur.

 

 

Məlumatı AvtoYol.az ayna.gov.az-a istinadən təqdim etdi.


MƏNBƏ: ayna.gov.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020