Azərbaycan Respublikasında taxoqraf kartlarına dair milli sistemin fəaliyyətinin təmin olunması, beynəlxalq avtomobil daşımalarının fasiləsiz və təhlükəsiz şəkildə həyata keçirilməsi məqsədilə mühüm mərhələ uğurla başa çatdırılıb. 30 sentyabr 2025-ci il tarixində AUSTRIACARD HOLDING şirkəti ilə rəqəmsal taxoqraf kartlarının istehsalına dair imzalanmış müqavilə üzrə tələb olunan Milli Açarların yenilənməsi prosesi tamamlanıb.
Rəqəmsal taxoqraf sisteminə aid Milli Açarların yenilənməsi üçün AYNA tərəfindən bütün hazırlıq tədbirləri görülmüş və Avropa Komissiyasının Birgə Araşdırma Mərkəzi (JRC) tərəfindən 10 dekabr 2025-ci ildə İtaliyanın İspra şəhərində keçirilən növbəti Sessiyada AYNA-nın nümayəndəsinin iştirakı təmin edilmişdir.
Sessiya çərçivəsində JRC-nin müəyyən etdiyi prosedur qaydalarına uyğun olaraq Azərbaycan Respublikasının rəqəmsal taxoqraf sisteminə aid Milli Açarlar yenilənmiş, sertifikatlaşdırılmış və istehsalçı AUSTRIACARD HOLDING şirkətinə təhvil verilmişdir.
Bu prosesin uğurla başa çatdırılması nəticəsində, rəqəmsal taxoqraf kartlarının verilməsi növbəti iki il ərzində fasiləsiz şəkildə davam etdiriləcək.
Qeyd edək ki, avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalarda iş və istirahət rejiminə riayət edilməsinin təmin olunması məqsədilə cari ildə 1921 ədəd, son dörd il ərzində isə ümumilikdə 12220 ədəd rəqəmsal taxoqraf kartı ölkəyə gətirilərək operatorlara və sürücülərə təqdim edilib.
Məlumatı AvtoYol.az ayna.gov.az-a istinadən təqdim etdi.
Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir. Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...
ƏTRAFLI
Rəylər