Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Xətai prospektində hərəkətin təkmilləşdirilməsi məqsədilə yeni layihənin icrasına başlayır. Layihə nəqliyyat axınlarının səmərəliliyinin artırılması, yol hərəkəti təhlükəsizliyinin yüksəldilməsi və alternativ nəqliyyat növlərinin təşviqini hədəfləyir.
Layihə çərçivəsində yolun həndəsi ölçülərindən optimal şəkildə
istifadə olunmaqla hərəkət zolaqlarının sayı dəyişmədən yenidən bölgüsü aparıldı. Eyni zamanda, Mirəli
Qaşqay küçəsi ilə kəsişmədən Mirzə Qədim İrəvani küçəsinədək olan hissədə ümumilikdə
1,9 km uzunluğunda mikromobillik zolaqları təşkil ediləcək. Mikromobillik vasitələri
istifadəçiləri üçün təhlükəsiz və davamlı hərəkət şəraitinin yaradılması məqsədilə
səki ilə yolun hərəkət hissəsi arasında parklanma yerləri yaradılacaq.
Qeyd edək ki, Nurəddin Süleymanov küçəsi ilə kəsişmədən Dəmirçizadə küçəsinədək
olan yol sahəsində 316 parklanma yeri təşkil olunur.
Prospektdə piyadaların hərəkət intensivliyi nəzərə alınmaqla eyni səviyyəli piyada keçidlərinin təşkili nəzərdə tutulur. Bununla yanaşı, ictimai nəqliyyatdan istifadənin rahatlığını artırmaq məqsədilə dayanacaq məntəqələrinin yerləşməsi optimallaşdırılacaq.
Layihənin icrası zamanı standartlara uyğun işıq qaytarma qabiliyyətinə malik yol nişanlarının quraşdırılması və nişanlanma xətlərinin çəkilməsi təmin ediləcək.
Layihə şəhər mühitində balanslı nəqliyyat sisteminin formalaşdırılmasına, hərəkətin təhlükəsiz və rahat təşkili ilə yanaşı, vətəndaşların gündəlik hərəkət imkanlarının genişləndirilməsinə xidmət edir.
Məlumatı AvtoYol.az ayna.gov.az-a istinadən təqdim etdi.
Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir. Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...
ƏTRAFLI
Rəylər