Əsas səhifəNəqliyyatXətai prospektində hərəkət təkmilləşdirilir » Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi
PAYLAŞ

Xətai prospektində hərəkət təkmilləşdirilir » Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

Nəqliyyat 18 Dekabr 2025 36


Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Xətai prospektində hərəkətin təkmilləşdirilməsi məqsədilə yeni layihənin icrasına başlayır. Layihə nəqliyyat axınlarının səmərəliliyinin artırılması, yol hərəkəti təhlükəsizliyinin yüksəldilməsi və alternativ nəqliyyat növlərinin təşviqini hədəfləyir.

Layihə çərçivəsində yolun həndəsi ölçülərindən optimal şəkildə istifadə olunmaqla hərəkət zolaqlarının sayı dəyişmədən yenidən bölgüsü aparıl. Eyni zamanda, Mirəli Qaşqay küçəsi ilə kəsişmədən Mirzə Qədim İrəvani küçəsinədək olan hissədə ümumilikdə 1,9 km uzunluğunda mikromobillik zolaqları təşkil ediləcək. Mikromobillik vasitələri istifadəçiləri üçün təhlükəsiz və davamlı hərəkət şəraitinin yaradılması məqsədilə səki ilə yolun hərəkət hissəsi arasında parklanma yerləri yaradılacaq.
Qeyd edək ki, Nurəddin Süleymanov küçəsi ilə kəsişmədən Dəmirçizadə küçəsinədək olan yol sahəsində 316 parklanma yeri təşkil olunur.

Prospektdə piyadaların hərəkət intensivliyi nəzərə alınmaqla eyni səviyyəli piyada keçidlərinin təşkili nəzərdə tutulur. Bununla yanaşı, ictimai nəqliyyatdan istifadənin rahatlığını artırmaq məqsədilə dayanacaq məntəqələrinin yerləşməsi optimallaşdırılacaq.

Layihənin icrası zamanı standartlara uyğun işıq qaytarma qabiliyyətinə malik yol nişanlarının quraşdırılması və nişanlanma xətlərinin çəkilməsi təmin ediləcək.

Layihə şəhər mühitində balanslı nəqliyyat sisteminin formalaşdırılmasına, hərəkətin təhlükəsiz və rahat təşkili ilə yanaşı, vətəndaşların gündəlik hərəkət imkanlarının genişləndirilməsinə xidmət edir.

Məlumatı AvtoYol.az ayna.gov.az-a istinadən təqdim etdi.


MƏNBƏ: ayna.gov.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020