Əsas səhifəNəqliyyat594 və 595 nömrəli ekspres marşrutlarında qiymət dəyişikliyi » Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi
PAYLAŞ

594 və 595 nömrəli ekspres marşrutlarında qiymət dəyişikliyi » Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

Nəqliyyat 13 Yanvar 2026 64

Yanvarın 17-dən Bakı-Sumqayıt istiqamətində fəaliyyət göstərən 594 və 595 nömrəli ekspres marşrutlarında gedişhaqqı 10 qəpik artırılaraq 90 qəpik təşkil edəcək.


594 və 595 nömrəli marşrutlar artıq əsas müntəzəm xətlərə alternativ kimi fəaliyyət göstərəcək. Sözügedən marşrutlar istifadəyə verildikdə həmin istiqamətdə alternativlər az idi. Hazırda isə bu istiqamət üzrə yeni yaradılmış 500 və marşrutu uzadılmış 503 nömrəli avtobuslar ötən ildən iki şəhər arasında əsas tələbatı qarşılayır. Bu marşrutlarda tarif dəyişilmir və 80 qəpik səviyyəsində qalır. Bu xətlərdə hazırda ekoloji təmiz CNG mühərrikli və müasir BMC markalı ümumilikdə 41 avtobus istismar olunur.  


Qeyd edək ki, hər zaman ekspres marşrutlarında qiymət müntəzəm marşrutlardan daha yüksək təyin olunur.


Xatırladırıq ki, 594 və 595 nömrəli ekspres marşrutlarında “Neoplan” markalı müasir avtobuslar fəaliyyət göstərir.

Məlumatı AvtoYol.az ayna.gov.az-a istinadən təqdim etdi.


MƏNBƏ: ayna.gov.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020