Əsas səhifəNəqliyyat“Biletim.az”da yenilik: “Apple Pay” və “Google Pay”dən istifadə edərək ödəniş etmək mümkündür » Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi
PAYLAŞ

“Biletim.az”da yenilik: “Apple Pay” və “Google Pay”dən istifadə edərək ödəniş etmək mümkündür » Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

Nəqliyyat 12 Yanvar 2026 95

Bu gündən “biletim.az” portalından onlayn bilet alan sərnişinlər üçün yenilik tətbiq edilir. Belə ki, artıq portalda bank kartı məlumatlarını daxil etmədən “Apple Pay” və “Google Pay”dən istifadə edərək ödəniş etmək imkanı yaradılıb.


“Biletim.az” portalında 56 şəhər və rayona, 86 istiqamət üzrə bilet almaq mümkündür. Sistemə 349 reys olmaqla 397 nəqliyyat vasitəsi qoşulub. Onlayn bilet satışı sistemi mərhələli şəkildə sərnişindaşıma sahəsində xidmət göstərən bütün daşıyıcı və avtovağzalları əhatə edəcək.


Qeyd edək ki, “biletim.az” portalı vaxta qənaət, müştəri məmnuniyyətinin təmin edilməsi və ölkədə nağdsız ödəniş dövriyyəsinin artırılması baxımından bir sıra üstünlüklərə malikdir. Vətəndaşlara daha rahat və təhlükəsiz qaydada mənzil başına çatmaq üçün biletləri onlayn qaydada “biletim.az” portalı vasitəsilə əldə etmələri tövsiyə olunur.

Məlumatı AvtoYol.az ayna.gov.az-a istinadən təqdim etdi.


MƏNBƏ: ayna.gov.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020