Əsas səhifəNəqliyyatAYNA-da milli daşıyıcılarla növbəti görüş keçirilib » Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi
PAYLAŞ

AYNA-da milli daşıyıcılarla növbəti görüş keçirilib » Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

Nəqliyyat 06 Fevral 2026 74

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (AYNA) avtomobil nəqliyyatı ilə beynəlxalq yükdaşıma fəaliyyəti həyata keçirən milli daşıyıcılarla növbəti görüş keçirilib.


Görüşdə sahənin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb, iştirakçıların təklifləri dinlənilib. Fəaliyyət zamanı hüquqi öhdəliklərə, düzgün sənədləşməyə və mövcud tələblərə riayət olunmasının vacibliyi iştirakçıların diqqətinə çatdırılıb.


AYNA tərəfindən milli daşıyıcılara dəstək məqsədilə həyata keçirilən “5000 yeni sürücü” layihəsi də müzakirə edilib. C və CE kateqoriyalı sürücülərin cəlb edilməsində daşıyıcıların rolu və sürücü sayının artırılmasının sahənin inkişafına göstərəcəyi müsbət təsirlər barədə məlumat verilib. Sürücü hazırlığı üzrə təhsil haqqının 266 manatdan 50 manata endirilməsi iştirakçıların diqqətinə çatdırılıb. Bildirilib ki, təlim üçün ödəniş 266 manat olsa da, məbləğin 80%-dən çox hissəsi AYNA tərəfindən qarşılanacaq. Sürücülər cəmi 50 manat ödəməklə təlimdə iştirak edə biləcəklər.


Yük avtonəqliyyat vasitələrinə texniki qulluq və təmir üzrə ustalara yaranmış ehtiyac nəzərə alınaraq texniki təmir sahəsi olan daşıyıcıların layihədə iştirakı imkanları müzakirə olunub. Təlim keçə biləcək müəssisələrin imkanları qiymətləndirilib və tələb olunan peşələrin müəyyənləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.


Görüşdə beynəlxalq daşımaların coğrafiyasının genişləndirilməsi məsələsi də diqqət mərkəzində olub. Xüsusilə Çin, həmçinin Monqolustan və İran istiqamətlərində beynəlxalq yük daşımalarında iştirakın artırılmasının vacibliyi vurğulanıb. Beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində milli sahibkarların nəqliyyat-logistika sərgilərində iştirakı məqsədəuyğun hesab edilib. Şirkətlərin yaxın vaxtlarda Çində təşkil ediləcək sərgidə iştirakının mümkünlüyü bildirilib. Təşkilati dəstəyə ehtiyac yarandıqda AYNA-ya müraciət edə biləcəkləri qeyd olunub.


AYNA-da beynəlxalq yük daşımaları sahəsində fəaliyyət göstərən daşıyıcılarla sahənin inkişafına yönəlmiş tədbirlərin mütəmadi davam etdirilməsi planlaşdırılır.

 

Məlumatı AvtoYol.az ayna.gov.az-a istinadən təqdim etdi.


MƏNBƏ: ayna.gov.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020