Əsas səhifəNəqliyyatMüxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır » Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi
PAYLAŞ

Müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır » Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

Nəqliyyat 11 Fevral 2026 39

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində 533 və 536 nömrəli şəhərətrafı, eləcə də Bakı–Gəncə, Bakı–Mingəçevir, Bakı–Şəki, Bakı–Lənkəran, Sumqayıt–Horadiz, Sumqayıt–Ağsu, Gəncə–Yevlax, Yevlax–Gəncə, Qazax–Mingəçevir, Qazax–Tərtər, Mingəçevir–Ağdam, Mingəçevir–Qəbələ, Mingəçevir–Ağcabədi, Şəki–Bərdə, Qəbələ–Şəki, Qəbələ–Mingəçevir, Oğuz–Bərdə, Gəncə–Zaqatala, Bərdə–İmişli və İmişli–Sumqayıt şəhərlərarası, həmçinin Yenikənd (Siyəzən) – Siyəzən avtostansiyası, Qarasuçu kəndi (Goranboy) – Gəncə (avtovağzal), Səmədabad kəndi (Goranboy) – Gəncə (avtovağzal), Xuluf kəndi (Şəmkir) – Gəncə (avtovağzal) istiqamətlərində avtobus marşrutlarını müsabiqəyə çıxarır.


Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.


Sənədlər 12 mart 2026-cı il saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (ünvan: Bakı şəhəri, Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Anar Məmmədov (Mob 077-455-99-06, e-poçt: [email protected]) qəbul ediləcək.


Qeyd edək ki, müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.


İddiaçıların təkliflərinə komissiya tərəfindən Bakı–Gəncə, Bakı–Mingəçevir, Bakı–Şəki, Bakı–Lənkəran və Sumqayıt–Horadiz istiqamətlərində 6 lot üzrə aprelin 1-də;


Sumqayıt–Ağsu, Gəncə–Yevlax, Yevlax–Gəncə və Qazax–Mingəçevir istiqamətlərində 6 lot üzrə aprelin 3-də;


Qazax–Tərtər, Mingəçevir–Ağdam (Dəmiryol və avtovağzal kompleksi), Mingəçevir–Qəbələ, Mingəçevir–Ağcabədi və Şəki–Bərdə istiqamətlərində 6 lot üzrə aprelin 6-da;


Qəbələ–Şəki, Qəbələ–Mingəçevir, Oğuz–Bərdə, Gəncə–Zaqatala, Bərdə–İmişli və İmişli–Sumqayıt istiqamətlərində 6 lot üzrə aprelin 8-də;


Yenikənd (Siyəzən) – Siyəzən avtostansiyası, Qarasuçu kəndi (Goranboy) – Gəncə (avtovağzal), Səmədabad kəndi (Goranboy) – Gəncə (avtovağzal), Xuluf kəndi (Şəmkir) – Gəncə (avtovağzal) istiqamətlərində, eləcə də 533 nömrəli (Şəfəq qəsəbəsi – Bakı Beynəlxalq Avtovağzal Kompleksi) və 536 nömrəli (Sumqayıt şəhəri – Mehdiabad qəsəbəsi) şəhərətrafı avtobus marşrutları üzrə 6 lotda aprelin 10-da baxılacaq.


Qeyd edək ki, Sumqayıt–Ağsu marşrut xəttinin hərəkət sxemi M2 Bakı–Ələt–Qazax–Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolu ilə, Qazax–Mingəçevir və Qazax–Tərtər marşrut xətlərinin hərəkət sxemi isə Gəncə şəhərinə daxil olmadan M2 Bakı–Ələt–Qazax–Gürcüstan Respublikası dövlət sərhədi avtomobil yolu ilə müəyyən edilib.


Lotlar üzrə marşrutların qrafikləri haqqında məlumatı buradan əldə edə bilərsiniz.


Şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.

Məlumatı AvtoYol.az ayna.gov.az-a istinadən təqdim etdi.


MƏNBƏ: ayna.gov.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020