Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma sahəsində xidmət keyfiyyətinin yüksəldilməsi və vətəndaş məmnuniyyətinin artırılması məqsədilə 206 nömrəli şəhərətrafı müntəzəm marşrut xəttinə müasir və komfortlu avtobuslar cəlb edir.
Marşrut üzrə keçirilən müsabiqədə qalib gələn "Xaliq Faiqoğlu" MMC avtobuslarla xəttin istismarını fevralın 12-dən həyata keçirəcək.
Metronun “Elmlər Akademiyası” stansiyasını Lökbatan qəsəbəsi ilə əlaqələndirən 206 nömrəli marşrut üzrə 10 müasir avtobus 12 dəqiqə hərəkət intervalı ilə sərnişinlərin xidmətində olacaq.
Avtobuslarda ödənişlər nağdsız qaydada həyata keçiriləcək. Gedişhaqqı 0,60 AZN müəyyən edilib.
Məlumatı AvtoYol.az ayna.gov.az-a istinadən təqdim etdi.
Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir. Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...
ƏTRAFLI
Rəylər