Yenilənmə işləri:
Şıxəli Qurbanov küçəsində iki komponentli boyadan istifadə olunaraq zolaqlar üzrə icazə verilmiş istiqamətləri göstərən üfüqi nişanlanma xətlərinin təşkili işləri yekunlaşıb.
Səttar Bəhlulzadə küçəsində üfüqi nişanlanma xətləri çəkilib.
Səttar Bəhlulzadə və Xanlar Ələkbərov küçələrində “1.17” üfüqi nişanlanma xətləri çəkilib.
Xanlar Ələkbərov küçəsində 2, Səttar Bəhlulzadə küçəsində 1, Balandin küçəsində 1 piyada keçidi iki komponentli boyadan istifadə olunaraq bərpa edilib.
Xanlar Ələkbərov küçəsində iki komponentli boyadan istifadə olunaraq üfüqi nişanlanma xətləri təşkil edilib.
Xanlar Ələkbərov və Atamoğlan Rzayev küçələrində üfüqi nişanlanma xətləri çəkilib.
Yusif Vəzir Çəmənzəminli küçəsində giriş-çıxışın təmin edilməsi məqsədilə üfüqi nişanlanma xətti çəkilib.
İctimai nəqliyyat infrastrukturu:
Səttar Bəhlulzadə küçəsində 1 dayanacaq pavilyonu təmir edilib, 10 dayanacaq pavilyonunda reklam lövhələri dəyişdirilərək yenisi ilə əvəz olunub, 5 dayanacaq pavilyonu yuyulub.
Bakı–Şamaxı yolunda 9 ədəd “5.12” yol nişanı quraşdırılaraq dayanacaq məntəqələri təşkil edilib. Bakı–Şamaxı yolunda 1 ədəd “5.14” yol nişanı quraşdırılaraq taksi dayanacaq məntəqəsi təşkil edilib.
Parklanma:
Səttar Bəhlulzadə küçəsində və Atamoğlan Rzayev küçələrində 2 ədəd “3.27” yol nişanı quraşdırılıb.
Yusif Vəzir Çəmənzəminli küçəsində 43 yerlik parklanma məntəqəsində üfüqi nişanlanma xətləri yenilənib.
Aşıq Molla Cümə küçəsində iki komponentli boyadan istifadə olunaraq 7 yerlik parklanma məntəqəsində üfüqi nişanlanma xətləri təşkil edilib.
Yol nişanları:
Səttar Bəhlulzadə küçəsində 24, Atamoğlan Rzayev küçəsində 3, Xanlar Ələkbərov küçəsində 2 yol nişanı quraşdırılıb.
Abbas Fətullayev küçəsində 3, İzzəddin Həsənoğlu küçəsində 1 yol nişanı quraşdırılıb.
Məlumatı AvtoYol.az ayna.gov.az-a istinadən təqdim etdi.
Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir. Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...
ƏTRAFLI
Rəylər