Əsas səhifəNəqliyyat"XV Avropa Gənclər Yay Olimpiya Festivalı"nın bağlanış mərasimi üçün ekspres marşrut xətti təşkil edilib
PAYLAŞ

"XV Avropa Gənclər Yay Olimpiya Festivalı"nın bağlanış mərasimi üçün ekspres marşrut xətti təşkil edilib

Nəqliyyat 26 İyul 2019 15:55 4320

"XV Avropa Gənclər Yay Olimpiya Festivalı"nın nəqliyyat əməliyyatları planına uyğun olaraq daşımalar davam etdirilir. Plana uyğun olaraq festivalın bağlanış mərasiminə bilet alan tamaşaçıların daşınması 27.07.2019-cu il tarixində iki ekspres marşrut xətti vasitəsi ilə həyata keçiriləcək.

a) X1 xətti üzrə avtobuslar (“28 May” m/st. – Bakı Kristal Zalı)

b) X2 xətti üzrə avtobuslar (“Elmlər Akademiyası” m/st. – Bakı Kristal Zalı)

X1 xətti üzrə avtobuslar Səməd Vurğun bağı Dilarə Əliyeva küçəsindən, X2 xətti üzrə avtobuslar isə Hüseyn Cavid prospekti metronun “Elmlər Akademiyası” stansiyası yaxınlığındakı dayanacaqdan hərəkət edəcək. Ekspres xətt üzrə daşımalara saat 17:30-dan başlanılacaq və mərasim başlayanadək (saat 20:00-dək) davam edəcək. Mərasim yekunlaşdıqdan sonra Bakı Kristal Zalından əks istiqamətdə daşınma təşkil ediləcək. Mərasimlə əlaqədar olaraq ictimai nəqliyyat gecə 01:00-a qədər fəaliyyət göstərəcək.


MƏNBƏ: bna.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020