Əsas səhifəNəqliyyatMəhəmməd Hadi küçəsində yol infrastrukturu dəyişdirilir - FOTO
PAYLAŞ

Məhəmməd Hadi küçəsində yol infrastrukturu dəyişdirilir - FOTO

Nəqliyyat 14 Avqust 2019 2133
Məhəmməd Hadi küçəsində yol hərəkətinin təhlükəsizliyinin artırılması, fövqəladə hallar zamanı operativ nəqliyyat vasitələrinin sərbəst hərəkətinin təmin edilməsi məqsədilə Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən yol infrastrukturunda bir sıra dəyişikliklər həyata keçirilir. BNA-dan Avtosfer.az-a verilən məlumata görə, nəzərdə tutulan işlər çərçivəsində Məhəmməd Hadi küçəsində layihələndirmə işləri aparılıb. Bu zaman müasir küçə dizaynının elementlərindən istifadə edilib. Əsas dəyişikliklər səkilərin yolun hərəkət hissəsinə doğru genişləndirilməsi vasitəsilə təşkil ediləcək ki, bunun da bir sıra üstünlükləri var. Planlaşdırılan dəyişikliyin əsas üstünlükləri piyadalar üçün piyada keçid məsafəsinin azaldılması və gözləmək üçün daha geniş səkinin təmin edilməsi; Ərazidə müşahidə edilən xaotik parklanma vəziyyətinin nizamlanması; yol kəsişmələrində nəqliyyat vasitələri üçün münasib dönmə radiuslarının təşkili; avtobus və taksi minik avtomobilləri üçün xüsusi yerlərin ayrılması olacaq. Qeyd edək ki, işlərin bu ay ərzində yekunlaşması nəzərdə tutulub. Analoji tədbirlər yol infrastrukturunun imkan verdiyi digər küçələrdə də icra ediləcək.
MƏNBƏ: avtosfer.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020