Əsas səhifəNəqliyyatAğdam rayonu Quzanlı qəsəbəsində ödənişsiz səyyar tibbi xidmət aksiyası keçirilib
PAYLAŞ

Ağdam rayonu Quzanlı qəsəbəsində ödənişsiz səyyar tibbi xidmət aksiyası keçirilib

Nəqliyyat 30 Avqust 2019 9:00 3387

Avqustun 30-da ”Azərbaycan Dəmir Yolları” QSC Həkim-Sanitar Xidmətinin tabeçiliyində olan  1 saylı Bakı dəmir yolu xəstəxanasının və Ağdam Medilife Klinikasının birgə təşkilatçılığı ilə Ağdam rayonu Quzanlı qəsəbəsində ödənişsiz səyyar tibbi xidmət aksiyası keçirilib.

Aksiyanın keçirilməsində məqsəd cəbhəyanı ərazilərdə yaşayan yerli və ətraf rayon sakinlərinin, eləcə də qaçqın və məcburi köçkün ailələrinin yüksək keyfiyyətli səhiyyə xidmətindən istifadə etməklə sağlamlığının qorunmasına imkan yaratmaq olub.

Gün ərzində 100-dən çox yerli sakinə yüksək səviyyədə tibbi xidmət göstərilib.

Aksiyada qastroenteroloq-hepatoloq İlqar Alışov, dermato-veneroloq androloq İbrahim Rzayev və ümumi cərrah Ramil Nəsirov kimi peşəkar həkim heyəti cəbhəyanı bölgədə yaşayan soydaşlarımızı müayinə və müalicə ediblər.


MƏNBƏ: ady.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020