+994507882020
info@avtoyol.az
Əsas səhifəNəqliyyat“Azərbaycan Dəmir Yolları” QSC-də İtaliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Auqusto Massari ilə ikitərəfli görüş keçirilib
PAYLAŞ

“Azərbaycan Dəmir Yolları” QSC-də İtaliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Auqusto Massari ilə ikitərəfli görüş keçirilib

Nəqliyyat 02 Oktyabr 2019 14:15 6951

“Azərbaycan Dəmir Yolları” QSC-də İtaliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Auqusto Massari ilə ikitərəfli görüş keçirilib.
Görüşdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Azərbaycanın tranzit potensialı, nəqliyyat-logistika imkanları,  əlverişli coğrafi mövqeyi, beynəlxalq nəqliyyat dəhlizlərinin fəaliyyətlərinin genişləndirilməsi istiqamətində görülən işlər barədə geniş məlumat verib. 
Görüşdə Azərbaycan və İtaliya Dəmir Yolları arasında qarşılıqlı əməkdaşlıq məsələləri diqqət mərkəzində olub. Tərəflər Azərbaycanda dəmir yollarının və hərəkət heyətinin yenilənməsi sayəsində yaradılan yeni imkanlar, Avropa-Asiya marşrutu ilə yüklərin nəqli sahəsində görülən işlər,  dəmir yollarının üstünlükləri və digər məsələlər barədə fikir mübadiləsi aparıblar.
İtaliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Auqusto Massari Azərbaycanın nəqliyyat sektorunda, o cümlədən dəmir yolunda həyata keçirilən genişmiqyaslı islahatların aparıldığını, eyni zamanda  “Azərbaycan Dəmir Yolları” QSC ilə əməkdaşlıqda maraqlı olduqlarını bildirib. 
Görüşdə ikitərəfli əlaqələrin bundan sonra daha da genişləndirilməsi qərara alınıb. 


MƏNBƏ: ady.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020
E-poçt: info@avtoyol.az