Əsas səhifəÖlkəDövlət Yol Polisi sərnişinlərin maarifləndirilməsi işini regionlarda davam etdirir
PAYLAŞ

Dövlət Yol Polisi sərnişinlərin maarifləndirilməsi işini regionlarda davam etdirir

Ölkə 23 oktyabr 2019 20:00 2273

Yol hərəkətinin təhlükəsizliyinə dair Dövlət Proqramında qarşıya qoyulmuş məqsədlərə uyğun olaraq, yol hərəkəti iştirakçılarının, o cümlədən sərnişinlərin maariflədirilməsi istiqamətində Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən başladılmış təbliğat-təşviqat xarakterli tədbirlər təkcə Bakı şəhərini deyil, ölkəmizin bütün regionlarını əhatə etməkdədir.

Belə ki, regionların sosial-iqtisadi inkişafı fonunda əhalinin yol hərəkəti mədəniyyətinin daha da yüksəldilməsini, onların yol hərəkəti təhlükəsizliyi ilə bağlı məsələlərin həllində bilavasitə və aktiv iştirakçılığının təmin edilməsini fəaliyyətinin prioritet istiqamətlərindən biri kimi müəyyən edən BDYPİ növbəti tədbirini Şəki şəhərində keçirib.
Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Şəki Regional Şöbəsinin və Şəki Avtovağzalının təmsilçilərinin də qatıldığı tədbir bilavasitə sərnişinlərin iştirakı ilə gerçəkləşib. Şəki Avtovağzalında keçirilən görüşdə bu dəfə DYP əməkdaşları sərnişin daşıyanları deyil, sərnişinlərin özlərinin maarifləndiriblər.
ARB TV-nin ışqlandırdığı tədbirdə Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən hazırlanan tövsiyə xarakterli posterin məzmunu barədə sərnişinlərə məlumat verən DYP əməkdaşları onları yollarda üzləşə biləcəkləri təhlükələrdən xəbərdar edib və belə hallara qarşı birgə mübarizənin əhəmiyyətindən danışıblar.

Məlumat üçün qeyd edək ki, sözügedən posterdə sərnişinlərə xitab edilərək, onlara həyatlarını etibar etdikləri sürücülər tərəfindən yol hərəkəti qaydalarının pozulması hallarına biganə qalmamaq, nəqliyyat vasitələrində hərəkət zamanı sürücünün diqqətini yayındıra biləcək söhbətlərdən çəkinmək, belə söhbətlərdə iştirak edən sürücülərə etiraz etmək, nəqliyyat vasitəsini idarə edərkən mobil telefondan istifadə edən, ümumiyyətlə yol hərəkəti qaydalarını pozan sürücülərə irad bildirmək və onları intizamlı olmağa dəvət etmək tövsiyə edilir. Bununla yanaşı posterdə, yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücülər barəsində dərhal Baş Dövlət Yol Polisi İdarəsinin “902” Qaynar Xəttinə məlumat vermələri də sərnişinlərdən xahiş olunur.

DYP tərəfindən keçirilən maarifləndirmə tədbiri və təqdim olunan təbliğat materialları sərnişinlər tərəfindən maraqla qarşılanmış və müsbət qiymətləndirilmişdir.
Bu barədə ARB TV-də və əksər internet xəbər saytlarında məlumatlar paylaşılmış, şəkillər və videosüjet təqdim olunmuşdur.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha bütün hərəkət iştirakçılarına təhlükəsiz yol arzulayır və onlardan yol hərəkəti qaydalarına əməl etmələrini xahiş edir.


Məlumatı AvtoYol.az dyp.gov.az-a istinadən təqdim etdi.


MƏNBƏ: dyp.gov.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020