Əsas səhifəÖlkəBaş Dövlət Yol Polisi İdarəsinin sürücülərə və piyadalara müraciəti
PAYLAŞ

Baş Dövlət Yol Polisi İdarəsinin sürücülərə və piyadalara müraciəti

Ölkə 02 dekabr 2019 12:00 2650

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi məlumata əsasən, 02.12.2019-cu il tarixdən etibarən ölkə ərazisində, xüsusilə Abşeron yarımadasında hava şəraitinin güclü küləklə müşayət olunan kəskin dəyişməsi gözlənilir.
Baş Dövlət Yol Polisi İdarəsi qeyd olunan hava şəraiti ilə əlaqədar yollarda yarana biləcək yol qəzaları və digər xoşagəlməz halların qarşısının alınması məqsədilə sürücülərin və nəqliyyat vasitələrinin sahiblərinin  diqqətinə çatdırır ki, yola çıxmazdan əvvəl mütləq nəqliyyat vasitələrinin texniki vəziyyətini nəzərdən keçirsinlər, aşkar olunan nasazlıqları aradan qaldırsınlar və mümkün qədər günün işıqlı vaxtı yola çıxmağa üstünlük versinlər.

Qoşqulu, tentli, uzun ölçülü yük avtomobillərinin sahibləri və sürücüləri daha diqqətli olmalı, küləkli hava şəraitində hərəkətin çətin və təhlükəli olduğunu unutmamalı, daşıdıqları yükün qablaşdırılmasına xüsusi diqqət yetirməlidirlər.
Sürücülər, idarə etdikləri nəqliyyat vasitələrinin hərəkət sürətini hava şəraitinə uyğun seçməli, açıq ərazilərdə sürəti azaltmalı, qəfil manevr və ya kəskin tormazlama etməməli, zərurət olmadan ötmə əməliyyatı aparmamalıdırlar.
Nəqliyyat vasitələrini irigövdəli ağaclardan habelə köhnə tikili obyektlərdən kənarda saxlanılmalı, park edərkən qapalı məkanlara üstünlük verilməlidir.

Küləkli hava şəraitində bütün hərəkət iştirakçıları, o cümlədən piyadalar daha da ehtiyatlı olmalı, yolun piyadalar üçün nəzərdə tutulmuş hissəsindən istifadə etməlidirlər.
Baş Dövlət Yol Polisi İdarəsi hər birinizə təhlükəsiz yol arzu edir!


Məlumatı AvtoYol.az dyp.gov.az-a istinadən təqdim etdi.


MƏNBƏ: dyp.gov.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020