Əsas səhifəNəqliyyatDaha 2 yeni qatar ölkəyə gətirilib.
PAYLAŞ

Daha 2 yeni qatar ölkəyə gətirilib.

Nəqliyyat 11 Yanvar 2020 15:23 1818

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İsveçrənin “Stadler Rail Group” şirkətindən daha 2 ədəd KISS markalı ikimərtəbəli elektrik qatarı alıb. Qatarlar artıq Bakı sərnişin stansiyasına gətirilib. Yeni qatarlar Bakı-Sumqayıt və Bakı-Pirşağı istiqamətində işləyəcək. İsveçrənin “Stadler Rail Group” şirkəti ilə 18.01.2018-ci ildə bağlanan müqaviləyə əsasən alınan hər biri 4 vaqondan ibarət qatarda birinci sinif (9 yer), biznes (62 yer) və standart (300 yer) olmaqla, cəmi 371 oturacaq yeri var.

Qeyd edək ki, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İsveçrənin “Stadler Rail Group” şirkəti ilə 2015-ci ildən əməkdaşlıq edir. Bu günədək, “Azərbaycan Dəmir Yolları” QSC “Stadler Rail” şirkətindən hər biri 4 vaqondan ibarət 9 elektrik qatarı alıb. Bu qatarlar Bakı-Gəncə, Bakı-Sumqayıt və Bakı-Pirşağı  marşrutlarında işləyirlər.


MƏNBƏ: ady.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020