Əsas səhifəNəqliyyatBir sıra müntəzəm marşrut xətlərinin hərəkət istiqamətində və fəaliyyətində dəyişiklik edilib
PAYLAŞ

Bir sıra müntəzəm marşrut xətlərinin hərəkət istiqamətində və fəaliyyətində dəyişiklik edilib

Nəqliyyat 28 Dekabr 2019 16:30 2695

     Badamdar qəsəbə sakinlərinin Bakı Nəqliyyat Agentliyinə çoxsaylı müraciətlərini nəzərə alaraq 3 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemi dəyişdirilib. Qəsəbə sakinlərinin “Elmlər Akademiyası” m/st, Statistika komitəsi, “Gənclik” metro stansiyası, Atatürk prospekti,  7-ci mikrorayon və “Dərnəgül” m/st istiqamətində birbaşa daşınmasının, eyni zamanda A.Abbaszadə küçəsi (Oksford məktəbi) ətrafında məskunlaşan sakinlərin 3 nömrəli marşrutdan hər iki istiqamət üzrə istifadəsinin təmin edilməsi məqsədilə avtobuslar Badamdar qəsəbəsinədək hərəkət edəcək. 

3 nömrəli marşrutun Badamdar qəsəbəsinə uzadılmasından sonra H.Cavid pr. istiqamətində yaranan təkrarlanmanın aradan qaldırılması məqsədilə, 53 nömrəli marşrut üzrə avtobusların da hərəkət sxemində müəyyən dəyişiklik edilib. Belə ki, 53 nömərli xətt üzrə avtobuslar;

 

     ✔️“20-ci Sahə” dairəsi istiqamətində: Badamdar qəsəbəsi – Badamdar şosesi – Parlament prospekti – Azneft dairəsi – Neftçi Qurban küçəsi – Bibiheybət yolu – 20-ci Sahə dairəsi

 

     ✔️Badamdar qəsəbəsi istiqamətində: 20-ci Sahə dairəsi – Mikayıl Useynov küçəsi – Azneft dairəsi – Parlament prospekti – Badamdar şosesi - Badamdar qəsəbəsi 

 

istiqamətində hərəkət edəcək. 

 

     Həmçinin, Binə “Atçılıq” adlanan ərazidə yaşayan sakinlərin Binə qəsəbəsində yerləşən dövlət müəssisələri, məktəb, bağça və  digər iaşə obyektlərinə gediş-gəlişində çətinliklərin aradan qaldırılması məqsədilə 160 A nömrəli müntəzəm marşrut xətti təşkil edilib. 160 A nömrəli marşrut xətti üzrə avtobuslar;

 

     ✔️Binə qəsəbəsi istiqamətində: Binə “Atçılıq” adlanan yaşayış sahəsi – Binə qəsəbəsi (Əli İsazadə küçəsi) –326 nömrəli məktəb (Şah İsmayıl Xətai küçəsi)

 

     ✔️Binə “Atçılıq” adlanan yaşayış sahəsi istiqamətində: Binə qəsəbəsi (326 nömrəli məktəb) - Şah İsmayıl Xətai küçəsi - Əli İsazadə küçəsi - Binə “Atçılıq” adlanan yaşayış sahəsi

 

istiqamətində hərəkət edəcək.

 

     Hövsan qəsəbəsindən Türkan qəsəbə mərkəzi istiqamətində marşrutun təşkil edilməsi ilə bağlı Bakı Nəqliyyat Agentliyinə daxil olan çoxsaylı vətəndaş müraciətləri nəzərə alınmaqla isə 210T nömrəli müntəzəm marşrutlar təşkil edilib. 210T nömrəli marşrut xətti üzrə avtobuslar;

 

     ✔️Türkan qəsəbəsi istiqamətində: Hövsan qəsəbəsi (İlqar Əhlimanov küçəsi) – Hövsan şosesi – Türkan qəsəbəsi (119 nömrəli məktəb) 

 

     ✔️Hövsan qəsəbəsi istiqamətində: Türkan qəsəbəsi (119 nömrəli məktəb) - Hövsan şosesi – Elman Qasımov küçəsi - Hövsan qəsəbəsi (İlqar Əhlimanov küçəsi)

 

istiqamətində hərəkət edəcək.

 

     Ə.Hacıyev küçəsinin ensiz olması, dayanacaq cibinin olmaması və həmin küçədə avtobusların yaratdığı sıxlığın aradan qaldırılması məqsədi ilə 106,113,191 və 213 nömrəli marşrutların hərəkət istiqamətləri dəyişdirilərək son dayanacaq məntəqəsi Qara Qarayev prospektində (kənar hərəkət hissəsi) təşkil edilib. 

 

     ✔️“Qara Qarayev” metro stansiyası istiqamətində: Şirin Mirzəyev küçəsi – Tofiq Abbasov küçəsi – Azər Manafov küçəsi - Qara Qarayev prospektinin kənar hərəkət hissəsi (parkın qarşısı).

 

     ✔️Bakıxanov dəmiryol stansiyası istiqamətində: Qara Qarayev prospektinin kənar hərəkət hissəsi (parkın qarşısı) – Azər Manafov küçəsi – Tofiq Abbasov küçəsi – Şirin Mirzəyev küçəsi daha sonra mövcud xətt üzrə.

 

 

     76 və 78 nömrəli marşrutların başlanğıc və son dayanacaqlarının eyni olması və marşrutların bir birinin hərəkət sxeminin təkrarlanması səbəbindən  78 nömrəli marşrut ləğv edilib. Bununla əlaqədar 76 nömrəli marşrutun hərəkət sxemində  dəyişiklik edilib. 

 

     ✔️“Neftçilər” metro stansiyası istiqamətində: Bakıxanov dəmiryol stansiyası (Yavər Əliyev küçəsi) - Nazim İsmayılov küçəsi – Eldar Xəlilov küçəsi – Muxtar Fətəliyev – Ruhulla Axundov küçəsi - Sakit Qocayev küçəsi daha sonra mövcud xətt üzrə.

 

     ✔️Bakıxanov qəsəbəsi istiqamətində: Sakit Qocayev küçəsi - Ruhulla Axundov küçəsi - Muxtar Fətəliyev – Eldar Xəlilov küçəsi - Nazim İsmayılov - Bakıxanov dəmiryol stansiyası (Yavər Əliyev küçəsi).

 

Qeyd edilən bütün dəyişikliklər 30.12.2019-cu il tarixindən tətbiq olunacaq.


MƏNBƏ: bna.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020