Əsas səhifəMaraqlıAvtomobilin tarixi
PAYLAŞ

Avtomobilin tarixi

Maraqlı 16 Yanvar 2020 19:53 941

İlk avtomobil cizgiləri Leonardo da Vinçiyə aid edilir. 1447-ci ildə o, əzələ gücü ilə hərəkətə gətirilə bilən zirehli arabanın layihəsini işləyir. 1600-cü ildə hollandiyalı riyaziyyatçı Simon Stevin külək enerjisi ilə işləyən 30 nəfəri nəql etməyə imkan verən araba düzəldir. XVIII əsrdən başlayaraq “özügedən” (atsız, öküzsüz və başqa qoşqusuz) araba yaratmaq üçün təşəbbüslər göstərilirdi. 1769-cu ildə fransız ixtiraçısı Nikolas Yozef Kuqnot ilk dəfə olaraq buxarla işləyən hərbi avadanlıqları dartmaq üçün üç təkərli araba düzəldir. Gücü 2 a.q. olan buxar mühərriki ilə işləyən araba 3 t yükü 2–4 km/saat sürətlə daşıya bilirdi. Onun bu maşını nəinki avtomobilin, hətta paravozun əcdadı hesab olunur. Bir neçə ildən sonra İngiltərədə və Almaniyada da buxar arabaları meydana gəldi. Buxar mühərriki ilə işləyən avtomobillər ağır və istifadə üçün rahat olmadığından geniş tətbiq edilmədi. XIX əsrin əvvəlində yığcam və güclü daxili yanma mühərriklərinin yaranması ilə avtomobilqayırmanın inkişafı üçün geniş imkanlar açılır. 1860 ildə fransalı mexanik Eten Lenuar qaz mühərriki yaratsa da, onu avtomobilin üzərinə qoymaq cəhdi baş tutmadı.

1876-cı ildə Nikolaus Otto və Y. Langen birlikdə qaz mühərrikini daha səmərəli etməyə nail oldular. İlk avtomobil yaranana qədər onun üzərində quraşdırılan aqreqat və mexanizmlərdən çoxu artıq kəşf olunmuşdu: diferensial (O. Pekker, 1828, Fransa), pnevmatik şinlər (R. Tompson, 1845; Con Denlop, 1888, İngiltərə), sapfada oturdulmuş idarəedilən qabaq təkərlər (Q. Langenşperger, 1816, Almaniya), asılı olmayan asqılar (A. Bolle, 1878, Fransa) və s. Dördtaktlı tsikl üzrə işləyən daxiliyanma mühərriki 1861-ci ildə N. Otto tərəfindən kəşf edilmişdir. Daxiliyanma mühərriki maye yanacaqla işlədildikdən və mühərrikin yığcam, yüngül tipləri yaradıldıqdan sonra nəqliyyatda geniş tətbiq edildi.

1885-ci ildə Qotlib Daymler (Almaniya) özünün benzin mühərrikli motosikletini yaratmış, 1886-cı ildə isə onun həmyerlisi Karl Bens üzərində eyni tip mühərrik (0,75 a.q. gücündə) qoyulmuş üçtəkərli A. üçün patent almışdır. XIX əsrin sonlarında akkumulyator batareyasından qidalanan elektrik avtomobillərinin yaradılması sahəsində təcrübələr aparılırdı. Sonrakı illər A.-lərin sənaye istehsalının başlanğıcı oldu. 1890 ildə “Panar-Levassor” və “De Dion-Buton” (Fransa) A.-ləri, 1892 ildə isə Henri Fordun ilk avtomobili həyata vəsiqə aldı. O ilk dəfə olaraq sənayedə axın xəttini tətbiq etmiş və bunla da istehsalatda işin təşkilinin yeni formasını tətbiq etmişdir. Onun düzəltdiyi avtomobillər uzun müddət şöhrət qazanmışlar.

Mersedes-Simplex, 1906

1908-ci ildə Rus-Baltik vaqon z-dunda “Russo-Balt” avtomobili hazırlandı. 1913-cü ildə amerikalı sahibkar H.Fordun “Ford-T” avtomobilinin istehsalına başlanması avtomobillərin kütləvi istehsalının əsasını qoydu.

Avtomobillərin çoxu o zaman "Mersedes-Simplex" modeli əsasında hazırlanırdı. Bu avtomobil qabaqda yerləşdirilmiş bir mühərrikdən, ötürmə və hərəkəti çarxalara ötürən vallardan ibarət idi. 1888-ci ildə Zigfried Markus (Siegfried Marcus) Benç və Daimlerdən asılı olmayaraq dördtaktlı mühərriklə işləyən avtomobili düzəldir və patentləşdirir. Bu gələcək avtomobilin xüsussiyyətlərinin əksəriyyətini özündə əks etdirən bir maşın idi. İlk sürət rekordunu 1898-ci ildə fransız Gaston de Chasseloup-Laubat elektrik avtomobildə 64,14 km/saat sürətlə hərəkət edərək vurur. 1891-ci ildə Fransada Pegeot avtomobil zavodu yaradılır. 1892-ci ildə alman mühəndisi Rudolf Diezel öz yeni mühərriki üçün patent alır və bununla Otto prosesini modifikasiya etmiş olur. 1899-cu ildə Camille Jenatzy"La Jamais Contente" elektrik avtomobilində 100 km/saat sürətini əldə edir.

XIX əsrin sonunda kolbalı mühərrikin tətbiqinə qədər bir neçə müxtəlif ötürmə növləri bir-biri ilə rəqabətdə idilər. 1900-cu ildə məlum olan rəqəmdən bu aydın görünür ki, cəmi 4192 avtomobildən 1688-i buxar, 1575-i elektrik avtomobili, 929-u isə benzinlə işləyən avtomobil idi.

1920-ci ilə qədər davam edən bu rəqabətdən benzinlə işləyən avtomobillər qalib çıxır. Benzinin neftdən asan və ucuz alınması onun üstünlüyünü göstərmişdir. Daha sürətlə və uzaq məsafəni qət etmək elə ilk vaxtlardan avtomobilqayıranların qarşısında duran əsas məsələ olub və bu gün də öz aktuallığını itirməmişdir.

Hazırladı: Ramin

TEQLƏR: Avtomobilin tarixi

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020