Əsas səhifəXariciDekabr ayında qəzaya uğrayan "Bek Air" aviaşirkətinə məxsus təyyarənin ikinci pilotu ölüb
PAYLAŞ

Dekabr ayında qəzaya uğrayan "Bek Air" aviaşirkətinə məxsus təyyarənin ikinci pilotu ölüb

Xarici 29 Yanvar 2020 10:12 2581

Ötən ilin dekabr ayında Almatı şəhərində qəzaya uğrayan "Bek Air" aviaşirkətinə məxsus təyyarənin ikinci pilotu ölüb.

Trend-in məlumatına görə, bu barədə "RİA Novosti"yə şəhərin səhiyyə idarəsinin mətbuat xidmətindən bildiriblər.

Mətbuat xidmətinin nümayəndəsi bildirib: "Bu gün "Bek Air"in qəzaya uğrayan təyyarəsinin ikinci pilotu ölüb. Saat 18.00-da Təcili Tibbi Yardım Xidmətinə pilotun vəziyyətinin pisləşməsi barədə məlumat daxil olub. Təcili yardım vaxtında gəlib, ürək fəaliyyətini bərpa etmək üçün bütün reanimasiya tədbirləri həyata keçirilib, lakin uğursuz olub".

Onun sözlərinə görə, pilot yanvarın 21-i stabil vəziyyətdə evə buraxılmışdı.


MƏNBƏ: trend.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020