Əsas səhifəXarici“Air Astana” aviaşirkəti koronavirus epidemiyası ilə əlaqədar Çinə uçuşları ləğv edir
PAYLAŞ

“Air Astana” aviaşirkəti koronavirus epidemiyası ilə əlaqədar Çinə uçuşları ləğv edir

Xarici 29 Yanvar 2020 10:22 2450

Qazaxıstanın “Air Astana” aviaşirkəti koronavirus epidemiyası ilə əlaqədar Nur-Sultandan və Almatıdan Çinə uçuşun ləğv edilməsinə qərar verib.

AZƏRTAC xəbər verir ki, hazırda “Air Astana” Nur-Sultandan Urumçi və Pekinə həftədə üç, Almatıdan Urumçiyə həftədə dörd, Pekinə isə beş uçuş həyata keçirir. Aviaşikət uçuş cədvəlində dəyişikliklər haqda əlavə məlumat verəcək.

Çin hava limanlarında koronavirus infeksiyasının gətirilməsinin və yayılmasının qarşısını almaq məqsədilə ölkəyə gələn sərnişinlər Nur-Sultan və Almatıda analoji yoxlama prosedurundan keçirlər. Qazaxıstanda koronavirusa yoluxma halları aşkarlanmayıb.

Qeyd edək ki, Qazaxıstan koronavirusa görə Çin ilə sərnişin dəmir yolu əlaqəsini də dayandırmaq niyyətindədir.


MƏNBƏ: azertag.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020