"China Southern Airlines" aviaşirkəti Quançjou-Bakı-Quançjou birbaşa sərnişin aviareysi üzrə uçuşları dayandırıb.
FED.az xəbər verir ki, bu barədə APA-ya şirkətin Bakıdakı ofisindən bildirilib.
Eləcə də bax: Azərbaycan Çinə uçuşları - MÜVƏQQƏTİ DAYANDIRIR
Məlumata görə, buna səbəb Çində tüğyan edən koronavirus olub: "Quançjou-Bakı aviareysi cari ilin aprel ayının 1-dək dayandırılıb. Sözügedən reys üzrə uçuşların bərpa olunmasının dəqiq tarixi bilinmir".
Xatırladaq ki, Çində koronavirusdan ölənlərin sayı 132 nəfərə çatıb, ümumilikdə isə təxminən 6 min nəfər bu virusa yoluxub.
Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir. Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...
ƏTRAFLI
Rəylər