Əsas səhifəNəqliyyatBakıda iki yeraltı tunel və ya körpünün tikiləcəyi ərazi məlum oldu
PAYLAŞ

Bakıda iki yeraltı tunel və ya körpünün tikiləcəyi ərazi məlum oldu

Nəqliyyat 30 Yanvar 2020 11:09 2151

Bakı-Sumqayıt dairəvi xəttinin təmir tikintisi zamanı əlavə iki yeraltı tunel və ya körpü inşa ediləcək.

Bunu BAKU.WS-ə “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyi şöbəsinin rəisi Natəvan Bayramova deyib.

Onun sözlərinə görə, əlavə körpü və ya tunel tikintisi Bakı-Sumqayıt-Bakı istiqamətində qatarların təhlükəsiz hərəkətinə şərait yaratmaq məqsədi daşıyır:

"Bu tunellərdən birinin Sumqayıt şəhər stansiyasının çıxışındakı keçiddə tikilməsi planlaşdırılır. Həmçinin Ceyranbatan ərazisində qorunan keçidin müxtəlif səviyyəli kəsişmə ilə əvəzlənməsi də nəzərdə tutulur. Bunlar təhlükəsizliyin təmin edilməsinə yönələn əlavə tədbirlərdir".


MƏNBƏ: baku.ws

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020