Bakı-Sumqayıt dairəvi xəttinin təmir tikintisi zamanı əlavə iki yeraltı tunel və ya körpü inşa ediləcək.
Bunu BAKU.WS-ə “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyi şöbəsinin rəisi Natəvan Bayramova deyib.
Onun sözlərinə görə, əlavə körpü və ya tunel tikintisi Bakı-Sumqayıt-Bakı istiqamətində qatarların təhlükəsiz hərəkətinə şərait yaratmaq məqsədi daşıyır:
"Bu tunellərdən birinin Sumqayıt şəhər stansiyasının çıxışındakı keçiddə tikilməsi planlaşdırılır. Həmçinin Ceyranbatan ərazisində qorunan keçidin müxtəlif səviyyəli kəsişmə ilə əvəzlənməsi də nəzərdə tutulur. Bunlar təhlükəsizliyin təmin edilməsinə yönələn əlavə tədbirlərdir".
Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir. Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...
ƏTRAFLI
Rəylər