Əsas səhifəXariciAlmaniyada dəmiryolu vağzalına bomba qoyulduğu bildirilib, sərnişinlər təxliyə edilib
PAYLAŞ

Almaniyada dəmiryolu vağzalına bomba qoyulduğu bildirilib, sərnişinlər təxliyə edilib

Xarici 30 Yanvar 2020 13:40 2091

Almaniyanın Bonn şəhərinin dəmiryolu vağzalına bomba qoyulduğu bildirilib, sərnişinlər təxliyə edilib.

Bu barədə “Report”un Avropa bürosuna Şimali Reyn Vestfaliya əyalətinin Daxili İşlər Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, ötən gün axşam saatlarında naməlum şəxs Bonn şəhər dəmiryolu vağzalındakı telefon avtomatından polisə zəng vuraraq bomba qoyulması ilə bağlı məlumat verib. Dərhal hadisə yerinə xüsusi təyinatlı polislər, minaaxtaranlar, təcili yardım və yanğınsöndürən briqadalar cəlb edilib. Vağzaldakı sərnişinlər təcili təxliyə edilib, qatarların platformalara giriş-çıxışları dayandırılıb. Təxminən, bir saat davam edən axtarışların nəticəsində polis vağzalda heç bir şübhəli əşyaya rast gəlməyib.

Bonn şəhər polis təşkilatından bildirilib ki, günorta saatlarında vağzalın qarşısında şübhəli iki çanta ilə bağlı məlumat daxil olub. Hadisə yerinə gələn polis əməkdaşlar naməlum çantaya baxış keçirib və heç bir təhlükəli əşya tapmayıblar.

Bir neçə gün öncə isə dəmiryolu vağzalındakı poçt bağlamaları üçün nəzərdə tutulan saxlanca bomba qoyulması ilə bağlı xəbər verilib və axtarışlar zamanı heç bir şübhəli əşya tapılmayıb.

Hazırda polis dəmiryolu və ətrafındakı kameralar vasitəsilə telefon avtomatından zəng vuraraq yalan məlumat verən şəxsin kimliyini müəyyənləşdirməyə çalışır.


MƏNBƏ: report.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020