Əsas səhifəAvtomobil YollarıYol polislər bu yerdə bütün sürücüləri niyə saxlayır?
PAYLAŞ

Yol polislər bu yerdə bütün sürücüləri niyə saxlayır?

Avtomobil Yolları 30 Yanvar 2020 14:32 2089

Lənkəranın Şürük kəndində polis əməkdaşları kütləvi şəkildə yoldan keçən bütün nəqliyyat vasitələrini saxlayır. Avtosfer.az xəbər verir ki, bu barədə Correct.az səhifəsinə video göndərilib. Göndərilən materialda iddia edilir ki, Şürük kəndindən Astaraya gedən kəskin döngəli yolda dayanan polis maşınında (99-YP-571 dövlət nömrə nişanlı) xidmət aparan 3 yol polisi əməkdaşı oradan keçən bütün nəqliyyat vasitələrini saxlayaraq onları cərimələyir.

Bizə daxil olan müraciətdə həmin polis əməkdaşının adı və əlaqə nömrəsi var. Araşdırılmadan bu məlumatları yaymaq istəmirik.

Qeyd edək ki, video 17.01.2020-ci il, saat 10:50 radələrində nəzarət kamerası vasitəsilə qeydə alınıb.


MƏNBƏ: avtosfer.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020