“Hyundai” şirkəti öz ilk pikap modelini hazırlayır, avtomobilə hələ ad verilməyib. Avtosfer.az xəbər verir ki, pikap 3,0-litrlik, 6 silindrli turbo-dizel mühərriklə təchiz ediləcək.
Qeyd edək ki, yeni premium modeli olan “Genesis GV80” bu mühərriklə çalışır. Yeni pikap 278 at gücünə və 588-Nm fırlanma anına malik olacaq. Mühərrik 8-pilləli sürət qutusu ilə çalışıracaq. “Hyundai” şirkətindən bildiriblər ki: “Bu mühərrik üçün çox təklifimiz var. Həmin mühərriklər ticarət nəqliyyatında istifadə edilir. Beləliklə, yeni mühərrik kifayət qədər uzun müddətə yararlı olacaq".
Pikap “Hyundai Tucson” platformasında hazırlanacaq. Avtomobil tək oxlu və tam ötürücülü variantda təklif ediləcək. Pikap 2021-ci ildə Alabamada olan bir zavodda yığılacaq.
Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir. Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...
ƏTRAFLI
Rəylər