Əsas səhifəİqtisadiTehrandan İranın Azərbaycanla sərhəddəki vilayətinədək magistral yol martda istifadəyə veriləcək
PAYLAŞ

Tehrandan İranın Azərbaycanla sərhəddəki vilayətinədək magistral yol martda istifadəyə veriləcək

İqtisadi 30 Yanvar 2020 15:09 2171

Tehran-Şimal magistral avtomobil yolu cari ilin martında istifadəyə veriləcək.

AZƏRTAC xəbər verir ki, bu sözləri İranın Yollar və Şəhərsalma naziri Məhəmməd İslami deyib. O bildirib ki, 400 milyon dollardan çox vəsaitin sərf olunması ilə tikilən yol İran iqtisadiyyatının inkişafına böyük töhfə verəcək.

Tehran-Şimal avtomobil yolu İranın paytaxtı ilə Mazandaran vilayətinin bir sıra şəhərlərini birləşdirir. Bu vilayət Azərbaycan Respublikası ilə sərhəddə yerləşir və yolun istifadəyə verilməsi qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişafına təkan verəcək. “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində inşa edilən yolun beynəlxalq əhəmiyyəti ondan ibarətdir ki, yol təkcə İranla Azərbaycanı deyil, həm də ölkəmizin ərazisindən keçməklə Rusiyanı da İranla birləşdirəcək.

Tehran dünyanın ən böyük sənayeləşmiş şəhərlərindən biridir. 16 milyondan çox əhalinin yaşadığı bu şəhərdə istehsal olunan sənaye məhsulları Rusiya və digər MDB ölkələrinə ixrac edilir. Tehranda xüsusilə tikinti materialları, neft məhsulları istehsal olunaraq ixrac edilir. Yüklər isə Tehran-Şimal magistral yol ilə Azərbaycan üzərindən daşınacaq. İranın Yollar və Şəhərsalma nazirinin bu yolun beynəlxalq əhəmiyyət daşıdığını vurğulaması təsadüfi xarakter daşımır.


MƏNBƏ: azertag.az

Oxşar Xəbərlər

Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti
18 İyun 2021 14:46 2393

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020