Tehran-Şimal magistral avtomobil yolu cari ilin martında istifadəyə veriləcək.
AZƏRTAC xəbər verir ki, bu sözləri İranın Yollar və Şəhərsalma naziri Məhəmməd İslami deyib. O bildirib ki, 400 milyon dollardan çox vəsaitin sərf olunması ilə tikilən yol İran iqtisadiyyatının inkişafına böyük töhfə verəcək.
Tehran-Şimal avtomobil yolu İranın paytaxtı ilə Mazandaran vilayətinin bir sıra şəhərlərini birləşdirir. Bu vilayət Azərbaycan Respublikası ilə sərhəddə yerləşir və yolun istifadəyə verilməsi qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişafına təkan verəcək. “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində inşa edilən yolun beynəlxalq əhəmiyyəti ondan ibarətdir ki, yol təkcə İranla Azərbaycanı deyil, həm də ölkəmizin ərazisindən keçməklə Rusiyanı da İranla birləşdirəcək.
Tehran dünyanın ən böyük sənayeləşmiş şəhərlərindən biridir. 16 milyondan çox əhalinin yaşadığı bu şəhərdə istehsal olunan sənaye məhsulları Rusiya və digər MDB ölkələrinə ixrac edilir. Tehranda xüsusilə tikinti materialları, neft məhsulları istehsal olunaraq ixrac edilir. Yüklər isə Tehran-Şimal magistral yol ilə Azərbaycan üzərindən daşınacaq. İranın Yollar və Şəhərsalma nazirinin bu yolun beynəlxalq əhəmiyyət daşıdığını vurğulaması təsadüfi xarakter daşımır.
Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir. Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...
ƏTRAFLI
Rəylər