Əsas səhifəYol əhvalatıYol polisindən Qarabağ veteranına böyük sayğı
PAYLAŞ

Yol polisindən Qarabağ veteranına böyük sayğı

Yol əhvalatı 30 Yanvar 2020 15:44 3020

Novruz Məmmədzadə adlı feysbook istifadəçi öz hesabında yol polisi ilə bağlı maraqlı status paylaşıb. Avtosfer.az-ın məlumatına görə, Qarabağ döyüşçüsü olduğunu deyən N.Məmmədzadə yol polisinin ona müharibə iştirakçısı kimi böyük sayğı göstərib: “Yol hərəkəti qaydasını bilməyərəkdən pozmuşdum. Saxlanıldım. Sürücülük vəsiqəmi istədi. Üstümdə deyildi. Həqiqətən, sürücülük hüququmun olduğunu sistemdə yoxlamaq üçün hər hansı bir sənədin olub-olmadığını soruşdu. Maşında olan müharibə veteranı sənədimi təqdim etdim (sistemdən yoxlasa da).

Geriyə çəkilib, farağat vəziyyətində əsgər salamı verdi. Və dedi: Biz sizin kimi döyüşçülərlə fəxr edirik.

Qardaşoğlu Lökbatan yaxınlığında saxlamışdı məni.


Eşq olsun belə polislərimizə. Elə mən də sizin kimi polislərimizlə fəxr edirəm, bizə dəyər verdiyinizə görə”.


MƏNBƏ: avtosfer.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020