Əsas səhifəÖlkəBinədə "protiv" getmək adi hala çevrilib: DYP-nin nəzərinə
PAYLAŞ

Binədə "protiv" getmək adi hala çevrilib: DYP-nin nəzərinə

Ölkə 31 Yanvar 2020 13:52 1856

Sürücülər tıxaca düşməmək üçün əks istiqamətə çıxır.

Binədə əks istiqamətə çıxan avtobus sürücüsü kameraya düşüb. Avtosfer.az xəbər verir ki, Binə qəsəbəsinin Əli İsazadə küçəsində 160 nömrəli xətt üzrə fəaliyyət göstərən 99-JK-696 qeydiyyat nişanlı marşrut avtobusu yolun sol hərəkət hissəsi ilə axına qarşı hərəkət edərək təhlükəli vəziyyət yaradıb. Sürücü bir müddət əks istiqamətdə getdikdən sonra ayırıcı zolağın kəsiyindən sağa keçərək öz istiqamətinə qayıdıb.

Bu qəsəbədə əks istiqamətə çıxmaq adi hala çevrilib. Səhər saatlarında avtobus sürücüləri, uşağını məktəbə aparan və işə gedən şəxslərin böyük əksəriyyəti tıxaca düşməmək üçün əks istiqamətə çıxaraq yollarını qısaldırlar. Lakin həmin ərazidə Xəzər rayon Dövlət Yol Polisi şöbəsinin əməkdaşları xidmət aparmır. Sürücülər məsuliyyətdən kənarda qaldığı üçün rahatlıqla əks istiqmətə çıxır.

Ümid edirik ki, DYP idarəsi həmin sürücülərə qarşı sərt tədbirlər görməyə başlayacaq.

  

MƏNBƏ: avtosfer.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020