Əsas səhifəQəzaTürkiyədə yolun buzlu və sürüşkən olması qəzaya səbəb oldu: 46 sərnişin yaralanıb
PAYLAŞ

Türkiyədə yolun buzlu və sürüşkən olması qəzaya səbəb oldu: 46 sərnişin yaralanıb

Qəza 31 Yanvar 2020 14:43 2793

Türkiyənin Ərzincan vilayətində sərnişin avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, insident yanvarın 31-də yerli saatla 11.00 radələrində Ərzincan-Ərzrum avtomagistralının Avcılar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Məlumata görə, şəxsiyyəti müəyyənləşdirilməyən sürücünün idarə etdiyi 34 EZ 6599 qeydiyyat nömrə nişanlı sərnişin avtobusu, yolun qarlı, buzlu və sürüşkən olması səbəbindən idarəetmədən çıxaraq aşıb.

Nəticədə avtobusda olan 46 sərnişin xəsarət alıb. Yaralılar, hadisə yerinə çağırılan ambulanslarla ərazidə yerləş xəstəxanalara çatdırılıblar.

Bildirilir ki, “Patnos İtimat” şirkətinə məxsus avtobus İzmir-Ağrıya reysi həyata keçirib.

Polis faktla bağlı araşdırmalara başlayıb.


MƏNBƏ: avtosfer.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020