Əsas səhifəMaraqlıABT Sportsline dörd RS modelinin gücünü artırmağı təklif edir
PAYLAŞ

ABT Sportsline dörd RS modelinin gücünü artırmağı təklif edir

Maraqlı 01 Fevral 2020 10:42 1997

ABT Sportsline bu avtomobillərin sürət xarakteristikaları barədə məlumat vermir.

ABT Sportsline atelyesi Audi RS 4 Avant, RS 6 Avant, RS 7 Sportback modellərinin son versiyaları və yeni RS Q8 krossoveri üçün hazırladığı tüninq proqramını təqdim edib. Şirkət avtomobillərin gücünü 700 at qüvvəsinə qədər artırmağı və firma kataloqundakı təkər diskləri və digər komponentlərin köməyi ilə onların görünüşünü dəyişdirməyi təklif edir.

Audi RS 4 Avant modeli bu avtomobillərin arasında iki turbokompressorlu 2.9 litrlik V6 mühərriki ilə təchiz olunan yeganə avtomobildir. Standart olaraq bu mühərrik 450 at qüvvəsi və 600 Nm fırlanma anı hasil edir və Audi RS 4 modelinin 100 km/saat həddinə 4.1 saniyəyə sürətlənməsinə kömək edir. Tüner ABT Engine Control (AEC) idarəetmə qurğusunu quraşdırmaqla mühərrikin gücünü 510 at qüvvəsinə, fırlanma anını isə 660 Nm-ə qədər artırmağı təklif edir.

600 at gücü və 800 Nm fırlanma anı istehsal edən 4.0-litrlik səkkizsilindrli biturbomühərrik ilə təchiz olunmuş RS 6 Avant, RS 7 Sportback və RS Q8 modelləri üçün də, tərkibinə eyni AEC qurğusu daxil olan ABT Power Performance Upgrade proqramı təklif olunur. AEC modulunun quraşdırılması sayəsində mühərrikin gücü 700 at qüvvəsinə, fırlanma anı isə 880 Nm-ə qədər artır.

ABT Sportsline bu avtomobillərin sürət xarakteristikaları barədə məlumat vermir.

Xatırladaq ki, adi RS 6 Avant və RS 7 Sportback bu işə 3,6 saniyə, RS Q8 isə 3,8 saniyə sərfv edir.

İstinad edildi: autograph   

MƏNBƏ: avtosfer.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020