Yanvar ayında paytaxtda 50 yeni avtobus dayanacaq yerləri müəyyənləşdirilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.
O bildirib ki, “BakıKarta” inteqrasiya olunan avtobuslar yalnız müəyyən olunan dayanacaqlarda saxlayırlar. Bu isə yeni dayanacaq məntəqələrinin təşkili və müvafiq nişanların qoyulması deməkdir. Bir ay ərzində 50 yeni dayanacaq yeri müəyyənləşdirilib. Artıq bu yerlərdə nişanlar qoyulub.
Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir. Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...
ƏTRAFLI
Rəylər