Əsas səhifəMaraqlı"Formula 1" komandalarının yeni mövsüm üçün avtomobillərinin təqdimat tarixləri müəyyənləşib
PAYLAŞ

"Formula 1" komandalarının yeni mövsüm üçün avtomobillərinin təqdimat tarixləri müəyyənləşib

Maraqlı 04 Fevral 2020 12:39 2167

"Formula 1"də çıxış edən bütün komandaların avtomobillərinin 2020-ci il üçün təqdimat tarixləri müəyyənləşib.

"Report" xəbər verir ki, ilk təqdimat fevralın 1-də keçiriləcək. Həmin gün "Ferrari" yeni bolidini nümayiş etdirəcək.

Komandalardan ikisi təqdimat yeri kimi İspaniyanın Barselona şəhərini seçiblər. Mövsümöncəsi ilk testlər Kataloniya paytaxtında olacaq.

"Formula 1" bolidlərinin 2020-ci il mövsümü üçün təqdimat tarixləri:

11 fevral. "Ferrari" (Reco-Emiliya, İtaliya)

12 fevral. "Renault" (Paris, Fransa)

12 fevral. "Red Bull" (onlayn-təqdimat)

13 fevral. "McLaren" (Uokinq, Böyük Britaniya)

14 fevral. "Mercedes" (Silverstoun, Böyük Britaniya)

14 fevral. "Alfa Tauri" (Zaltsburq, Avstriya)

17 fevral. "Racing Point" (Mondzee, Avstriya)

17 fevral. Williams" (onlayn-təqdimat)

19 fevral. "Alfa Romeo" (Barselona, İspaniya)

19 fevral. "Haas" (Barselona, İspaniya)

Qeyd edək ki, "Formula 1" mövsümündə ilk Qran-pri 13 - 15 martda Avstraliyada keçiriləcək. Azərbaycan Qran-prisi isə 5 - 7 iyunda olacaq.  


MƏNBƏ: report.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020