"Formula 1"də çıxış edən bütün komandaların avtomobillərinin 2020-ci il üçün təqdimat tarixləri müəyyənləşib.
"Report" xəbər verir ki, ilk təqdimat fevralın 1-də keçiriləcək. Həmin gün "Ferrari" yeni bolidini nümayiş etdirəcək.
Komandalardan ikisi təqdimat yeri kimi İspaniyanın Barselona şəhərini seçiblər. Mövsümöncəsi ilk testlər Kataloniya paytaxtında olacaq.
"Formula 1" bolidlərinin 2020-ci il mövsümü üçün təqdimat tarixləri:
11 fevral. "Ferrari" (Reco-Emiliya, İtaliya)
12 fevral. "Renault" (Paris, Fransa)
12 fevral. "Red Bull" (onlayn-təqdimat)
13 fevral. "McLaren" (Uokinq, Böyük Britaniya)
14 fevral. "Mercedes" (Silverstoun, Böyük Britaniya)
14 fevral. "Alfa Tauri" (Zaltsburq, Avstriya)
17 fevral. "Racing Point" (Mondzee, Avstriya)
17 fevral. Williams" (onlayn-təqdimat)
19 fevral. "Alfa Romeo" (Barselona, İspaniya)
19 fevral. "Haas" (Barselona, İspaniya)
Qeyd edək ki, "Formula 1" mövsümündə ilk Qran-pri 13 - 15 martda Avstraliyada keçiriləcək. Azərbaycan Qran-prisi isə 5 - 7 iyunda olacaq.
Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir. Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...
ƏTRAFLI
Rəylər