Əsas səhifəEkspertDaşıyıcı şirkətlər bu yolla sürücülərin vurduğu zərərdən qurtula bilər - Ekspertdən təklif
PAYLAŞ

Daşıyıcı şirkətlər bu yolla sürücülərin vurduğu zərərdən qurtula bilər - Ekspertdən təklif

Ekspert 06 Fevral 2020 13:01 2609

Bakı Nəqliyyat Agentliyinin (BNA) tərkibindəki Sürücü Təlim Mərkəzi ilə Təhsil Nazirliyinin Peşə Təhsili üzrə Dövlət Agentliyi birlikdə əməkdaşlığa başlayıb. Əməkdaşlığın məqsədlərindən birinin peşə hazırlığı ilə bağlı olduğu qeyd edilib. Məsələ ilə bağlı “MediaPost”a açıqlama verən yol-nəqliyyat eksperti sözügedən əməkdaşlığı yüksək qiymətləndirib.

Ekspertin sözlərinə görə, bu metoddan dünya təcrübəsində də geniş istifadə olunur:

“BNA-nın Sürücü Təlim Mərkəzi Azərbaycanda demək olar ki, ilk geniş şəbəkəli təlim mərkəzidir. Agentlik bu mərkəzdən maksimum faydalı şəkildə istifadə etmək üçün müəyyən addımlar atmağa başlayıb. Son illər Sürücü Təlim Mərkəzində aparılan islahatlardan sonra BNA artıq bir çox yeniliklərə hazırdır. Düşünürəm ki, bu təlim mərkəzindən kifayət qədər səmərəli istifadə etmək olar. Bunun üçün Təhsil Nazirliyinin də dəstəyi çox vacibdir. Dünyanın bir çox ölkələrində məhz bu cür təcrübə formalaşır. Məsələn, şirkətlər sürücülərin peşəkarlığına, onların daim nəzarətdə saxlanılmasına daha çox vəsait ayırırlar və bununla gələcəkdə yarana biləcək fəsadların qarşısını almağa çalışırlar. Amma təəssüf ki, bizdə istər dövlət qurumları, istərsə də digər özəl şirkətlər sürücülərlə işə o qədər də meyilli olmurlar. Nəticədə sürücülərin onlara vurduğu maddi zərərin sayı-hesabı olmur. Nəqliyyat vasitəsinin tez istismardan çıxması, hər gün qəzaların baş verməsi şirkətə böyük miqdarda zərər vurur. Daşıyıcı şirkətlər sürücü qeyri-peşəkarlığından yaranan zərərin illik həcmini hesablasalar, bunun əvəzinə Sürücü Təlim Mərkəzinə vəsait ayırmağın faydasını başa düşə bilərlər. Bu, həm təhlükəsizliyin təmin edilməsi, həm də daşıyıcı şirkətlərin imicinin yüksəlməsi deməkdir”.


E.Muradlı həmçinin əlavə edib ki, nəinki sərnişindaşıma xidməti ilə məşğul olan daşıyıcı şirkətlər, hətta digər dövlət qurumları da öz sürücülərini belə proqramlara cəlb etsə, yaxşı olar:

“Məsələn Pentensiar Xidmətin, Dövlət Yol Polisi, Post Patrul Xidməti əməkdaşlarının, kommunal təsərrüfat avtomobillərinin sürücülərinə, gənc əməkdaşlarına bu yolla təhlükəli manevrlər öyrədilə bilər. Dövlət qurumları özləri də nəqliyyat vasitələrini idarə edən şəxslərin peşəkarlığının artırılmasında maraqlı olmalıdırlar. Ümid edirəm ki, BNA sözügedən qurumlara bir-bir müraciət edərək onları əməkdaşlığa dəvət edəcək”.


MƏNBƏ: avtosfer.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020